/Aran agentliyi
Polis etirazçılara qarşı zor işlətdi; onlarla insan həbs olundu; alman jurnalist sillələndi; saxlanılanlar Qobustana aparıldı
Son məlumata görə, aksiyada saxlanılan qadınları Səbail Polis İdarəsindən sərbəst buraxıblar. Saxlanılan kişiləri isə avtobuslarla Qobustan rayonu ərazisinə aparıblar. Məqsəd onların oradan sərbəst buraxaraq uzaq məsafədən nəqliyyatsız mərkəzə qayıtmaq çətinliyi ilə üz-üzə qoymaqdır. Bakı polisi artıq neçənci dəfədir, etriaz aksiyası keçirən müxalifətçilərə qarşı bu metoddan istifadə edir.
***
AXCP-dən aldığımız son məlumata görə, aksiya zamanı aşağıda adları çəkilən partiya üszvləri saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıblar:
İctimai Palatanın bir qrup üzvü və tərəfdarı saxlanılanların arxasınca Polis İdarəsinin qarşısına yollanıblar.
Təşkilatçılardan əldə etdiyimiz məlumata görə, aksiya zamanı "İçərişəhər" metrostansiyasının qarşısından BŞİH-ə doğru yürüş edən kolon iştirakçılarından saxlanılanlar bunlardır:
Müsavat fəalları:
Rauf Məmmədli
Elçin Cərullayev
Ramil Baxış
Nigar Yaqublu
Amid Süleymanov
Ayxan Hacıbəyli
***
"Deyerler.org" xəbər verir ki, aksiya zamanı polislə qarşıdurma anlarından birində polislərdən biri alman jurnalisti sillə ilə vurub.
AXCP sədrinin müşaviri Asif Yusifli "Azadlıq" radiosuna bildirib ki, nəzərdə tutulan plana əsasən AXCP üzvləri aksiyaya Xəqani Ticarət Mərkəzinin qarşısından, Müsavat Partiyasının üzvləri isə İçərişəhər metrostansiyası qarşısından BŞİH-ə doğru yürüş etməli idilər.
İçərişəhər metrostansiyası qarşısından başlayan aksiyanın qarşısını polis qısa zamanda alıb. Müsavat Partiyasından Günel Rəhimli "Azadlıq" radiosuna deyib ki, burada Müsavatçı gənclərədən 6 nəfər saxlanılıb, qalan aksiya iştirakçıları isə metrostansiyaya doğru sıxışdırılaraq ərazidən uzaqlaşdırılıblar.
AXCP fəalları isə Fəvvarələr Meydanı ərazisində təxminən bir saat müddətində polisin təzyiq və zorakılığına müqavimət göstərərək aksiyanı davam etdirə biliblər.
Aksiya başa çatıb.
Haqqyolu