Mayının 20-də axşam saat 19-20 radələrində ''Memar Əcəmi'' metro satnsiyası ilə 3-cü mikrararoyonun dairəsi arasında yerləşən ''Killer'' kişi geyimləri ...
/Aran agentliyi
Mayının 20-də axşam saat 19-20 radələrində "Memar Əcəmi" metro satnsiyası ilə 3-cü mikrararoyonun dairəsi arasında yerləşən "Killer" kişi geyimləri mağazasına Azərbaycan Respublikası polisi basqın edib. Mağazanın qarşısında dayanan "Azadxeber.az" saytının baş redaktoru Nicat Əliyev, mağazanın meneceri Valeh Məmməmdağa oğlu, satıcı Qurban Əlibala oğlu, muştəri Cavid və digər 2 nəfər adları bilinməyən müştərilər həbs ediliblər.
Daha sonra bu həbslərdən 10 dəqiqə keçmiş "Killer" kişi geyimləri mağazasına yaxın istiqamətdə olan Bioloji Təbabət Klinikası ilə üzbəüz "Müntəzir" çay evinə də polis əməliyyatçıları basqın ediblər. Orada müştəri kimi əyləşən Natiq Əhmədovu pis sözlərlə təhqir edərək ona fiziki xəsarət yetirib, Polis Post Patrul maşınına mindiribləır. Həmçinin "Müntəzir" çay evində işçi kimi fəaliyyət göstərən 3 nəfər və digər iki müştəri də həbs edilib. Müntəzir çay evində divardan asılan Həzrəti Peyğəmbərdən (s) olan hədis əks olunmuş plakatı mülki geyimdə olan polis əməliyyatçısı tərəfindən zorla çıxartdırılıb.
"Müntəzir" çay evində həbs edilənlər Nəsimi rayonu 19-cu Polis bölməsinə aparılıb. Və gecə saat 22-23 radələrində izahatları alındıqdan və sorğu sual edildikdən sonra sərbəst buraxılıblar.
“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Lakin baş redaktorun nədə ittiham edildiyini aydınlaşdırmaq mümkün olmayıb.
Digər xəbərə görə, mayın 20-si saat 23-24 radələrində Nicat Əliyevin yaşadığı ünvanda axtarış aparılıb. Mülki geyimli şəxslərin axtarışı Nicat Əliyevin iştirakı ilə apardığı deyilir. Axtarış zamanı mülki geyimli şəxslər bir neçə dini kitab, “Quran” və noutbuk götürüblər. Daha sonra Nicat Əliyev kirayə yaşadığı evə zəng edərək yaşadığı ünvanı dəqiqləşdirib. O, ailə üzvlərinə "Allaha əmanət olun" deyərək telefonu qapadıb.