Tarix : 2012 May 21
Kod 30519

Sumqayıtda etiraz yürüşü olub

Azərbaycan Respublikasının Sumqayit şəhərində 45 iiln bazari kimi taninan ''Məhsul bazarı''nın saticilari bu gun saat 9:30-da Sumqayıt Şəhər ...
/Aran agentliyi

Azərbaycan Respublikasının Sumqayit şəhərində  45 iiln bazari kimi taninan "Məhsul bazarı"nın saticilari bu gun saat 9:30-da Sumqayıt Şəhər İcra hakimiyyətinin qarşısına doğru yürüş ediblər.

Satıcıların etiraz aksiyası İH başçısının qanunsuz göstərişlərinə qarşıdır. Belə ki, İH başçısı Eldar Əzizov bazarda çalışan ticarətçilərə alternativ yer vermədən bazarın müdiriyyətinə tapşırıb ki, işçilərin hamısını çölə töksün.

Bir günün içində işsiz-gücsüz qalmış, ailələrini dolandırmaq imkanından məhrum olmuş ticarətçilər göstərişə etiraz olaraq İH binasına doğru yürüş edib, onların taleyinə mənfi təsir göstərən göstərişin ya ləğv edilməsini, ya da onlara başqa bir yerdə öz işləri ilə məşğul olmaq şəraiti yaradılmasını tələb ediblər.

  • Yazılıb
  • da (də) 2012 May 21