Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Babək Həsənovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsi müraciətini təmin etməyib
/Aran agentliyi
Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Babək Həsənovun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsi müraciətini təmin etməyib
Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib. Vəkil bildirib ki, məhkəmə prosesi mayın 18-də Qaradağ Rayon Məhkəməsində keçirilib.
Fəxrəddin Mehdiyev qeyd edib ki, Qaradağ Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcəklər.
Babək Həsənov 2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi etiraz aksiyasına görə tutulub. O, 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib və 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır./Mediaforum.az
islamazeri.az