Tarix : 2012 May 21
Kod 30526

İran və Azərbaycan R. məhbusların ekstradisiyası haqda razılıq ediblər

Azərbaycan R-nın Ədliyyə Nazirliyi ölkəsi ilə İran arasında məhbusların ekstradisiya edilməsi haqda İranla Azərbaycan R. arasında müzakirələrin davam etməsindən xəbər verib
/Aran agentliyi

Azərbaycan R-nın Ədliyyə Nazirliyi ölkəsi ilə İran arasında məhbusların ekstradisiya edilməsi haqda İranla Azərbaycan R. arasında müzakirələrin davam etməsindən xəbər verib.

Trend xəbər agentliyinin verdiyi məlumata görə, Azərbaycan R-nın Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıqlar idarəsinin sədri Zaur Qafarov cari milad ilinin sonuna qədər Azərbaycan R-nin həbsxanalarında həbsdə olan 15 iranlı məhbus ,habelə İranda həbsdə olan bir neçə azərbaycanlı məhbusun ekstradisiya edilməsi üçün Tehranla Bakı arasında müzakirələrin davam etməsindən xəbər verib.

Qafarov deyib: Hal hazırda İran həbsxanalarında 20 azərbaycanlı məhbus həbsdədirlər ki, bu məhbusların Azərbaycan R-a köçürülməsi üçün İranın məhkəmə aparatının rəsmiləri ilə müzakirələr davam edir.

Qafarov həmçinin deyib: İran həbsxanalarında olan Azərbaycan R. vətəndaşlarının əksəriyyəti narkotik maddələrlə əlaqədar olaraq həbs ediliblər.

  • Yazılıb
  • da (də) 2012 May 21