Tarix : 2012 May 22
Kod 30544

Azərbaycan səfiri İran XİN-ə çağırılıb

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb
/Aran agentliyi

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini Abbas Əraqçi səfirə, Azərbaycanda dini müqəddəslərə olunan təhqiramiz rəftarlarla bağlı ona öz etirazını bildirib. Öz növbəsində səfir Cavanşir Axundov İranın etirazını Azərbaycan rəsmilərinə çatdıracağını vurğulayıb.

  • Yazılıb
  • da (də) 2012 May 22