/Aran agentliyi
Həm Gey-Paradı həmçinin disko-barı dağıtdılar.
Ermənilər Azərbaycanlılardan dindar çıxdı Yerevanın mərkəzi küçələridən biri olan Parpetsi-də «DIY» adlanan və disko-bar kimi fəaliyət göstərən məkan, Erməni vətəndaşları tərəfindən dağıntılara məruz qalıb. Artıq bu hal birinci dəfə deyil. Bar-ın sahibinin bildirdiyinə görə, onlar bara hücum edib hər şeyi darmadağın ediblər. ArmeniaNovostinin yazdığına əsasən, 200-300 nəfərə yaxın gənc və yaşlı erməni barda "Mürtədlərə ölüm, irəli aydınlığa İmana doğru" kimi şüarlar səsləndirərək barın sahibini ölümlə hədələyiblər. Bar sahibinin bəxti bunda gətirib ki, o, orada olmayıb. İşçilərə zərər yetirməyən ermənilər bildiriblər ki, onlar yenə gələcəklər və bu əxlaqsız yuvası fəaliyətini dayandırmasa onun sahibini öldürəcəklər.
Mənbənin bildirdiyi ikinci məlumatda qeyd edilir ki, artıq bu əxlaqsız barı yandırıb və partladıblar. Polis cinayətkarları həbs etsədə, Erməni parlamentinin Daşnaqsütyun partiyasının təmsilçiləri Artsvik Minasyan və Qrayr Karapetyan, həbs edilənlər üçün pul girovu qoyaraq onları həbsdən azad ediblər. Deputatlar bildiriblər ki. bu insanlar bizim milli və dini ideologiyalarımıza söykənərək bu addımı atıblar və düz ediblər.
P.S. İndi bu millətin özünə qeyrətli deyən oğulu etiraf edə bilərmi ki, düşmənimiz Erməni bizlərdən daha çox dindardı? Etiraf etməyə borcludur. Çünki hər şey göz qabağındadır. Onlar öz batil inanclarına dəyər verdikləri kimi kaş ki, biz də öz haqq inancımıza dəstək nümayiş etdirə biləydik! Amma indi bizim hansı inanca sahib olduğumuz artıq sual altındadır. Çünki inanclılar Gey-Parada etiraz edirlər və müqabilində həbs edilirlər. Biz deyəsən köhnə inancımıza qayıdırıq. Allahpərəstlikdən atəşpərəstliyə doğru.
Azadxeber