Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun gey parad mövzusunda geri addımlama bu paradın ləğv olunma ehtimalından xəbər verir
/Aran agentliyi
Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun gey parad mövzusunda geri addımlama bu paradın ləğv olunma ehtimalından xəbər verir.
Əli Həsənov dünən bir mətbuat konfransında deyib: Biz gey parad deyil, Avrovizion keçiririk.
Halbuki, Əli Həsənov Müsavat qəzeti ilə müsahibədə demişdi: Biz nəyisə elan etmək barədə heç kəsə söz verməmişik.
Bundan əvvəl də Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbüstəri tərəfindən Bakıda gey paradın keçirilməsinə etirazların dayandırılması üçün bu tədbirin ləğv olunmasının rəsmi surətdə elan edilməsi tələb olunmuşdu. Amma rəsmi Bakı israrla gey paradın ləğvi barədə heç bir məlumat yaymamışdı.
Müşahidəçilərin fikrincə Əli Həsənovun İrana ehtiramsızlıq xarakteri daşıyan sözlərini görməzliyə vurmaqla, onun "Gey parad deyil, Avroviziyon" deməsi bir növ mövqedən geri çəkilmə kimi qəbul olunur.
Həmçinin məlumatlı mənbələrin bildirdiyinə görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Amerikaya səfəri zamanı homoseksuallar federasiyasından istəmişdi ki, Bakıda Avroviziyon mahnı müsabiqəsi ilə paralel olaraq bu parad proqramını ləğv etsin.