Mais Güləliyev: ''İran və Azərbaycan vətəndaşları hər iki dövlətin himninə, bayrağına və rəhbərliyinə hörmətlə yanaşmalıdırlar''
/Aran agentliyi
"Son vaxtlar İran ilə Azərbaycan arasındakı münasibətlər gərgin məcraya sürüklənib. Münasibətlərin bu cür davam etdiyi bir dövrdə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Bakıdakı səfiri Məhəmməd Bağır Bəhramini geri cağırıb. Dünya təcrübəsində hər hansı ölkə səfirinin geri çağırılması iki ölkə arasındakı münasibətlərin ciddi şəkildə gərginləşməsindən xəbər verən amil kimi qiymətləndirilir".
SalamNews xəbər verir ki, bunu FaktXeber.com-un “baş verənləri nəzərə alsaq, gərginləşən İran-Azərbaycan münasibətlərinin sonunu necə görürsünüz” sualını cavablandıran Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev bildirib. O deyib ki, baş verənlər arzuedilməz hadisədir. İki qardaş ölkənin bir-birilərinə qarşı belə mövqedən çıxış etməsi, gələcəkdə iqtisadi və siyasi nöqteyi-nəzərdən hər iki ölkə üçün müsbət sonluqla nəticələnməyəcək. Yaxşı olardı ki, tezliklə münasibətlər yaxşılaşsın. Azərbaycan vətəndaşı kimi, qonşu ölkələrlə münasibətlərin yaxşı olmasını arzu edirəm.
Partiya həmsədri söyləyib ki, hər iki ölkə vətəndaşları dövlət himninə, ölkənin bayrağına və rəhbərliyinə qarşı hörmətlə yanaşmalıdırlar: “İnsanların şəxsiyyətinə və heysiyyətinə toxunan məsələləri gündəmə gətirmək düzgün deyil”.
HaqqYolu