Tarix : 2012 May 22
Kod 30558

Ermənistan NATO bəyannaməsini qəbul etmədi

Sənəddəki bəzi müddəalar İrəvan üçün qəbuledilməz xarakter daşıyır
/Aran agentliyi

 

Ermənistanın Xarici İşlər Nazirliyi NATO-nun Cikaqo sammitinin yekun bəyannaməsindəki bəzi müddəaların İrəvan üçün qəbuledilməz olduğunu açıqlayıb. Xarici işlər naziri Eduard Nalbandyan bildirib ki, yekun bəyannaməyə Cənubi Qafqaz və Moldovada münaqişələrin həllinə dair daxil edilmiş müddəalar ATƏT-in Minsk qrupu həmsədrlərinin yanaşmaları ilə ziddiyyət təşkil edir. Onun sözlərinə görə, bu fikirlər Azərbaycanın hərbi xərclərinin inanılmaz dərəcədə artırması fonunda regionda onsuz da kövrək olan situasiyanı təhdid edir.

NATO-nun bəyannaməsində Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünə dəstək verildiyi bildirilir.

Ermənistan prezidenti Serj Sarkisyan isə NATO-nun sammitinə regional münaqişələrin həllinə dair müddəaların yer aldığı tədbirin yekun bəyannaməsi ilə razılaşmadığı üçün qatılmayıb.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 May 22