/Aran agentliyi
AzərTac-ın verdiyi xəbərə görə, “Qara-Eurovision-2012” mahnı müsabiqəsinin birinci yarımfinalında İsrailin “İzobo” rok qrupu “Baku Crystal Hall”un səhnəsinə onuncu çıxmışdır.
Amma maraqlısı budur ki, ya İsraili dünya ictimaiyyəti dəstəkləməyib, ya da onlar Azərbaycanda daha çox təhdid ediliblər. İsrail hakimiyyəti “İzobo” rok qrupunun mühafizəsini nə Azərbaycanın Mavilərin Təhlükəsizlik Nazirliyinə, nə Daxili İtlər Nazirliyinə, nə də başqa qurumlara etibar etmədi. İsrail burada da MOSSAD-a güvəndi. Bəlkə də İsrailin “İzobo” qrupu finala çıxmışdı. Amma, heç bir ölkədə bu qədər təhdidlə qarşılaşmayan İsrail təmsilçiləri finalda iştirak etməməkdən də məmnun qalıblar. Onların canı özləri üçün o qədər önəmlidir ki, hansı ölkədə olurlarsa olsunlar, mütləq ən yaxşı şəkildə qorunmalıdırlar. Azərbaycanın Mavilərin Təhlükəsizlik Nazirliyi və Daxili İtlər Nazirliyinə etibar etməyən MOSSAD-çılar məcbur olublar ki, öz gülmə-şəkər manıslarını özləri gəlib qorusunlar. Öz vətəndaşlarını İsrailin içərisində Hizbullah, Həmas və Fəth mücahidlərindən lazımınca qoruya bilməyən MOSSAD-çılar Azərbaycanı da özləri üçün təhlükəsiz görmədilər. Buna görə də, finala qalxsalar belə, öz adlarını ələnmişlər siyahısına saldılar. Hər halda Azərbaycanda Mavilərin Təhlükəsizlik Nazirliyi tərəfindən şərləmə şouları İsrailliləri inandıra bilməyib. Onlar hələ də Azərbaycana təhlükəli ölkə kimi baxıblar. Bir “İzobo” qrupunu 5 gün daha artıq qorumaqdansa, həyəcan təbilləri çalınan, qan iyi gələn Bakıdan sağ-salamat və vaxtında qaçmaq daha məsləhətli olub.