Tarix : 2012 May 23
Kod 30580

Azərbaycan vətəndaşları Əli Həsənovun yalanının ifşa edilməsini istəyiblər

Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun Bakıda “Gey Parad”ın keçirilməsi ilə bağlı ...
/Aran agentliyi

Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun Bakıda “Gey Parad”ın keçirilməsi ilə bağlı heç bir proqramın nəzərdə tutulmadığı haqdakı iddiasının ardınca bir qrup Azərbaycan Respublikası vətəndaşı Beynəlxalq Səhər Kanalı ilə saxladıqları telefon əlaqəsində mövcud faktlar əsasında Əli Həsənovun yalançılığının ifşa edilməsini istəyiblər.

Beynəlxalq Səhər Kanalı tamaşaçılarının istəyinə müsbət cavab verərək, Bakıda Avroviziya mahnı müsabiqəsi ilə bir vaxtda “Gey Parad”ın keçirilməsi ilə bağlı ciddi proqramın olması haqda faktları təqdim edir.

Bir neçə ay öncə homoseksualizmi təbliğ edən internet saytları mərkəzi qərargahı Amerikada yerləşən Homoseksualların Beynəlxalq Təşkilatına istinadla yaydıqları proqramda Bakının adı və Bakıda keçiriləcək “Gey Parad”ın tarixi də yer almışdı. Bu proqramda Bakıda keçiriləcək “Gey Parad”ın zamanı 22-26 may aralığı elan olunmuşdu. Yəni Avroviziya mahnı müsabiqəsinin keçirildiyi zaman. İnternet saytlarına yerləşdirilmiş bu proqramın surəti hələ də mövcuddur.

Bu proqramın yayımlanmasının və Bakıda “Gey Parad”ın keçirilmə tarixinin  müəyyən edilməsi ilə Azərbaycan Respublikasının ANS telekanalı “Günə Baxan” adlı verilişinin bir buraxılışını Bakıda “Gey Parad”ın keçirilməsinə tədarük məsələsinə ayırmış oldu.  Bu da Bakıda “Gey Parad”ın keçirilməsi məsələsinin nə qədər ciddi olduğundan xəbər verən digər fakt sayılır.

İndi Azərbaycan Respublikası medialarının  və Əli Həsənovun ümumiyyətlə belə bir proqramın gündəmdə durmadığı haqdakı iddiaları Azərbaycan vətəndaşlarında yalnız gülüş doğura bilər.

 

  • Yazılıb
  • da (də) 2012 May 23