Bu günləri AR-nın ən əsas problemi olan Qarabağ mövzusu rəsmi xəbərlərdə yerini ''Eurovision 2012'' müsabiqəsi və ona necə hazırlaşmaya vermişdir
/Aran agentliyi
Bu günləri AR-nın ən əsas problemi olan Qarabağ mövzusu rəsmi xəbərlərdə yerini "Eurovision 2012" müsabiqəsi və ona necə hazırlaşmaya vermişdir.
AranNews - İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siysasət Komissiyasının üzvü deyib: "Bu günləri AR-nın ən əsas problemi olan Qarabağ mövzusu rəsmi xəbərlərdə yerini "Eurovision 2012" müsabiqəsi və ona necə hazırlaşmaya vermişdir".
Mehdi Sənai bu mövzuya işarə edərək mötədil mövqe seçərək deyib: "Azərbaycanın bu müsabiqəni öz ölkəsində keçirmək proqramı təbii ki, onun öz qərarı əsasındadır. Amma bu ölkənin əhalisinin şiə olmasına və mədəni xüsusiyyətlərinə diqqət etməklə, ölkədə gərginlik yaradan hərəkətlərin qarşısını almaq zəriridir".
İran-Rusiya Parlamentlərarası Dostluq Qrupunun sədri digər ölkələrdə də mədəni məsələlərə qarşı həssaslığın olmasını vurğulayaraq, Azərbaycanın İslam ölkəsi olduğu üçün ondakı həssaslığın daha artıq olmasını qeyd edib.
Nəhavənd əhalisinin Parlamentdə təmsilçisi İran və Azərbaycanın münasibətlərinin hər iki ölkə üçün əhəmiyyətli adlandırıb və bəzi xarici qüvvələrin bu münasibətləri pozmağa çalışmasını deyib. O bildirib ki, həm Azərbaycanın daxilində, həm də beynəlxalq səviyyədə ABŞ və sionistlər kimi qüvvələr Azərbaycanı İranın müxaliflərinin dairəsinə daxil etməyə çalışırlar.
Sənai sözünü belə davam etdirib: "İran, Azərbaycanın müstəqilliyinə və onun inkişafına hörmətlə yanaşır. Amma biz heç vaxt bu ölkənin İranın düşmənlərinin bazasına çevrilməsinə icazə verməyəcəyik. Ona görə də bu dövlət Terrorçu Münafiqlər Qruplaşmasının üzvlərinin və İranın düşmənlərinin bu ölkədə məskunlaşmayacağını rəsmi şəkildə bildirməli, İranın düşmənləri ilə müxalif olmasını açıqlamalıdır. Həmçinin, xarici qüvvələrin və İranın düşmənlərinin İran-Azərbaycan münasibətlərindəki bəzi anlaşılmazlıqlardan İran əleyhinə istifadə etmələrinə icazə verməməlidir".
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siysasət Komissiyasının üzvü İranın Azərbaycan üçün regionda ən yaşxı dost olmasını da vurğulayaraq deyib: "İyirmi illik təcrübə göstəribdir ki, İran özünün xarici siyasətində bu ölkə ilə münasibətlərə xüsusi mövqe və dəyər vermişdir. Deməli, ikitərəfli münasibətlər pozulmamalı daxili və xarici düşmənlərin bu münasibətlərə acı təsirinə icazə verməməlidir".
O sonda deyib: "Azərbaycan, daxili və xarici qüvvələrin dəxaləti ilə bu ölkədə düşmənlərə İran əleyhinə hərbi baza yaratmağa imkan verməməkdən əlavə, gərək regionda təhlükəsizliyə nail olmaq üçün tədbirlər görsün və İran-Azərbaycan-Türkiyə birgə iclasları kimi tədbirlər təkrar edilsin".