Tarix : 2012 May 23
Kod 30585

Azərbaycan heç bir hərbi bloka qoşulmayacağını deyir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Azərbaycanın hazırda heç bir hərbi bloka qoşulmaq fikrində olmadığını deyib
/Aran agentliyi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev Azərbaycanın hazırda heç bir hərbi bloka qoşulmaq fikrində olmadığını deyib.

Çin Xəbər Agentliyinin Bakıdan verdiyi məlumata görə, Elman Abdullayev Azərbaycan Respublikasının Bloklara Qoşulmayan Ölkələr Hərəkatına üzv olduğunu xatırladaraq, deyib: Azərbaycan hal-hazırda heç bir hərbi bloka o cümlədən NATO-ya qoşulmaq fikrində deyil.

E.Abdullayev daha sonra deyib: Azərbaycan Amerika-Avropa qurumlarına inteqrasiya siyasətini davam etdirəcək.

  • Yazılıb
  • da (də) 2012 May 23