Mayın 22-də Binəqədi Rayon Məhkəməsində CM-in 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsilə ittiham olunan vəkil Elçin Namazovun məhkəməsinin hazırlıq iclası keçirildi
/Aran agentliyi
Mayın 22-də Binəqədi Rayon Məhkəməsində CM-in 289.2-ci (məhkəməyə hörmətsizlik etmə) maddəsilə ittiham olunan vəkil Elçin Namazovun məhkəməsinin hazırlıq iclası keçirildi. Hakim Eldar Rəhimovun sədrliyi ilə keçirilən proses iki dəfə, ümilikdə 1 sat 15 dəqiqə təxirə salındı. Çünki məhkəmə nəzarətçiləri ATƏT-in Bakı ofisi və Azərbaycan Hüquqşunaslar Assosiasiyasının moniqtorinq qurpunun xanım nümayəndələrinin geyimlərini yoxlamaq istəyirdilər. Sonda kişi nəzarətçilərin onların geyimlərini yoxlamasına etiraz edən qrup nümayəndələri üçün xanım nəzarətçi çağırıldı.
Məhkəmə prosesi başlayanda E.Namazov təqsirləndilən şəxs kimi ona verilən hüquqlardan - sübütları təqdim etmək, audio yazıdan istifadə etmək və s-dən istifadə etmək istədiyini bildirdi. Hakimsə bununla bağlı rəsmi vəsatətin təqdim olunmasını israr edərək, bu məsələyə məhkəmənin gələn iclasında baxılacağını dedi.
Qeyd edək ki, ötən məhkəmə proseslərinə qatılan dövlət ittihamçısı İrzivan Sultanovu bu dəfə başqası əvəz edirdi. E. Namazovun vəkili Anar Qasımov bu əvəzlənmə ilə bağlı hüquqi sənədin olub-olmamasını tələb etdi. Lakin kakim bu məsələyə susdu. Yeni dövlət ittihamçısı isə Baş Prokurorluğun təsdiqlədiyi cədvəl əsasında Binəqədi Rayon Məhkəməsinə təhkim olunduğunu bildirdi. Bu əsnada hakim prosesin vaxtının bitdiyini elan etdi. Məhkəmə iyunun 13-ü, saat 16.00-dək təxirə salındı.
haqqxeber.com