Tarix : 2012 May 24
Kod 30598

Möhsin Rizayinin Bakıya tövsiyəsi-Sionistlərin sizə təyin etdiyi yoldan qayıdın

İİR Məsləhət Şurasının katibi Azərbaycan hakimiyyətinə tövsiyə edib ki, sionistlərin Azərbaycana təyin etdiyi yoldan dönsünlər və bu təhlükəli yolu davam etdirməsinlər.
عادلی/خبرگزاری آران

İİR Məsləhət Şurasının katibi Azərbaycan hakimiyyətinə tövsiyə edib ki, sionistlərin Azərbaycana təyin etdiyi yoldan dönsünlər və bu təhlükəli yolu davam etdirməsinlər.

AranNews - Azərbaycan Televiziyası müxbirinin İranın Azərbaycandakı səfirinin Bakı dövlətinin müqəddəsləri təhqir etməsinə, dindarların həbsi və onlara qarşı təzyiqlərə etiraz əlaməti olaraq Bakını tərk etməsi barədəki sualını cavablandıran Möhsin Rizayi deyib: "Regionda şübhəli hadisələr baş verir. O cümlədən  Bəhreyn, Suriya, Yəmən və Azərbaycanda. Bunlar sionistlərin və qərbin yeni planlarının icrasından xəbər verir. Onlar çəkişmə və ixtilafları gücləndirməklə özlərinin regionda daimiləşdirmək istəyirlər".

Möhsin Rizayi regiondakı bəzi hakimiyyət dairələrinin öz zəifliyi üzündən aldanaraq həmin planların həlqəsinə düşməsini və sonra onlara bağlılıqdan qaça bilmədiklərindən onların dediklərini icra etməkdən başqa çıxış yolu olmadıqlarının da təəssüf doğurduğunu deyib.

Məsləhət Şurasının katibi artırıb: "Regionda olan zəifliklərdən biri də bəzi dövlət orqanlarının bu təhlükəli yola düşməsi və regionun stabil sülh, təhlükəsizlik və inkişafını problemlərlə üzləşdirməsidir. Bu sionistlərin təhlükəli proqramıdır və onun icrasını Azərbaycan dövlətinə tapşırıblar. Bu çox təhlükəli bir proqramdır. Yaxşı olar ki, Azərbaycan dövləti bu yoldan qayıtsın və onu davam etdirməsin".

  • Yazılıb
  • da (də) 2012 May 24