عادلی/خبرگزاری آران
Azərbaycanın dövlət dairələrinin gözlədiklərinin əksinə olaraq, dəvət olunanların və medianın laqeydliyi ilə üzləşmiş "Eurovision" müsabiqəsi ölkə hakimiyyətinin əsas probleminə çevrilmişdir.
AranNews - Azərbaycanın dövlət dairələrinin gözlədiklərinin əksinə olaraq, dəvət olunanların və medianın laqeydliyi ilə üzləşmiş "Eurovision" müsabiqəsi ölkə hakimiyyətinin əsas probleminə çevrilmişdir. Dünən bu müsabiqənin açılış günü olmasına baxmayaraq, Azərbaycan media və mətbuatı bu mövzuya o qədər də əhəmiyyət verməyib və KİV tərəfindən soyuq qarşılanıb. Bu gün də müsabiqənin ikinci günüdür və azəri mətbuatı, o cümlədən "Bizim yol" qəzeti yazır ki, dəvət olunanların çoxunun gəlməməsi və turistlərin bu müsabiqəni o qədər də xoş qarşılamaması dövləti müsabiqə üçün yeni tikillmiş zalın məktəblilərlə doldurmasına məcbur edib. Türkiyə mediasının açıqlamalarına əsasən, 3 milyard avro dəyərində xərc qoyulmuş bu müsabiqəyə 20 min dəvət olunan turistdən cəmi 671 nəfərinin gəlməsi Bakı dövlətini çoxlu suallar qarşısında qoymuşdur. Bakı dövləti bu müsabiqə ilə ölkədə təhlükəsizliyin olmasını ictimai fikirdə yerləşdirmək istəsə də dəvət olunanların bu müsabiqəni qarşılamaması faktiki olaraq onların öz təhlükəsizliyinin təmin edilə bilməyəcəyinin təsdiqlənməsi problemi yaratmışdır. Ola bilsin ki, indi Azərbaycan hakimiyyəti öz müsəlman xalqı ilə qarşı-qarşıya durmağın onların beynəlxalq çöhrələrinə zərbə vuracağından başqa bir nəticəsi olmayacağını daha yaxşı anlayalar.