Tarix : 2012 May 25
Kod 30609

Gey Parad”ın keçirilməsində uğursuzluq Bakı rəsmilərini narahat edib

Bakı rəsmiləri “Gey Parad”ın keçirilməsində uğursuzluğa uğradıqdan sonra ölkənin bütün telekanallarına İrana qarşı...
g/سرویس آذربایجان

Bakı rəsmiləri “Gey Parad”ın keçirilməsində uğursuzluğa uğradıqdan sonra ölkənin bütün telekanallarına İrana qarşı təbliğatlarını artırmaq haqda göstəriş veriblər.

Bakıdakı müxbirimizin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası hökuməti “Gey Parad”ın keçirilməsi haqda İsrail rejimi, homoseksualların beynəlxalq federasiyası və Avropa Şurası qarşısında üzərinə öhdəlik götürmüşdü. Amma, xalq etirazlarının genişlənməsinin ardınca, öz mövqeyindən geri çəkilməyə məcbur oldu. Xüsusilə Gürcüstan və Ermənistanda xalqın və ictimai dairələrin homoseksualların paradını yatırtması Bakını çətin vəziyyətlə üzləşdirmiş oldu.

Müxbirimizin məlumatına görə, adının açıqlanmasını istəməyən bir mənbə bildirib ki, 2005-ci ildə Bakıda Dünya Yəhudiləri Konqresinə ev sahibliyi etmək üzvə uğursuz addımın ardınca Bakıda “Gey Parad”ın keçirilməsinə cəhd Azərbaycan Respublikası hökumətinin ikinci yanlış hərəkəti idi. Bu mənbə daha sonra deyib: Avroviziya mahnı müsabiqəsinin lazımi formada qarşılanmaması və buna qarşı etirazların genişlənməsi səbəb oldu ki, Avroviziya mahnı müsabiqəsinin keçirilməsi üzrə komitənin rəhbəri Mehriban xanım Əliyeva mahnı müsabiqəsinin açılış mərasimində iştirak etməsin.

Bu məlumatlı mənbənin dediyinə görə, Azərbaycan Respublikası rəsmiləri İran medialarının Avroviziya mahnı müsabiqəsi və Gey Parad kimi tədbirlərin arxasında sionistlərin durması faktını işıqlandırmalarından qəzəblənərək, ölkə telekanallarına İrana qarşı təbliğatları genişləndirmələri və Bakıdakı iranlılardan nəyin bahasına olursa olsun Avroviziyanın himayə edilməsi istiqamətində müsahibələr almaları haqda göstəriş veriblər.

Azərbaycan Respublikası telekanalları o cümlədən ANS Avroviziya mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Hall-da iranlılara rast gəlmədikləri üçün küçədə iranlıların qarşısını kəsərək, onları Avroviziyanı himayə etməyə çağırıblar.

Halbuki, Bakıdakı müxbirimizin məlumatına görə, Avroviziya mahnı müsabiqəsi nəinki Azərbaycan Respublikası xalqı tərəfindən, hətta avropalılar tərəfindən belə rəğbətlə qarşılanmayıb. Belə ki, öncədən mahnı müsabiqəsi ilə əlaqədar Bakıya 30 min turistin gələcəyi proqnoz edilsə də, hazırda ölkəyə gələn xarici turistlərin sayının mindən az olduğu bildirilir.

Eyni zamanda Avroviziya mahnı müsabiqəsində iştirak üçün biletlərin dövlət orqanları və təhsil mərkəzləri arasında bölüşdürülməsi tədbirin təşkilatçıları üçün növbəti rüsvayçılıq sayılır. (TR


 

  • Yazılıb
  • da (də) 2012 May 25