Təbriz əhalisi dünyanın ikinci şiə ölkəsində gey-paradın ləğvindən o qədər seviniblər ki, müsəlmanların regiondakı bu müvəffəqiyyətinə görə bir-bilərini təbrik ediblər
g/سرویس آذربایجان
AranNews - Təbrizin imam cüməsi Ayətullah Möhsin Müctəhid Şəbüstəri cümə namazının ikinci xütbəsinin sonuda deyib: "Azərbaycanın dövlət rəsmilərinin o cümlədən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sədri Əli Həsənovun açıqlamasına əsasən, Azərbaycanın paytaxtında keçirilməsi nəzərdə tutulan gey-parad adlı proqram Azərbaycanın, Təbriz və digər şəhərlərin dindarlarının geniş etirazları nəticəsində ləğv olub".
İmam cümə həmçinin təqlid mərcələrinin, dünyanın müxtəlif nöqtələrində yaşayan müsəlmanların, xüsusilə də İran və Şərqi Azərbaycan müsəlmanlarının etirazlarını Azərbaycan dövlətinin bu proqramın ləğvinə qərar verməsində çox təsirli adlandırıb. Bu xəbəri eşidən cümə namazı iştirakçıları "Allahu Əkbər" təkbirləri ilə Azərbaycan xalqının dövlət qarşısında qələbəsini dəstəkləyiblər. Təbriz əhalisi dünyanın ikinci şiə ölkəsində gey-paradın ləğvindən o qədər seviniblər ki, müsəlmanların regiondakı bu müvəffəqiyyətinə görə bir-bilərini təbrik edibilər.