Azərbaycan və İranda möminlərin öz ilahi vəzifələri olan əmr be məruf və nəhy əz münkərə əməl etmələri müsabiqə çərçivəsində homoseksulların paradının ləğv olunmasına səbəb oldu
g/سرویس آذربایجان
AranNews - Ərdəbilin imam cüməsi Seyid Həsən Amili cümə namazının bu günkü xütbələrində Azərbaycanda keçirilən "Eurovision" mahnı və rəqs müsabiqəsinə toxunaraq deyib: "Azərbaycan və İranda möminlərin öz ilahi vəzifələri olan əmr be məruf və nəhy əz münkərə əməl etmələri müsabiqə çərçivəsində homoseksulların paradının ləğv olunmasına səbəb oldu". O artırdı: "Azərbaycan dövləti bu paradı keçirməyəcəyini iddia edirdi, lakin bu paradla iftixar etdiyini də bildirirdi, amma müsəlmanların etirazları dövləti belə bir addımı həyata keçirməsindən döndərdi".
İmam cümə Azərbaycanın bəzi dövlət adamlarının şiə mərcələrinə hörmətsizliyini də pisləyib və bunu onların anti-İslam addımlarına qarşı müsəlmanların etirazlarından əsəbləşdikləri üzündən olduğunu deyib.
Amili Azərbaycan dövlət rəsmilərinə səslənib: "Siz təkcə öz maraqlarınızı düşünürsünüz? Siz bilmirsiniz ki, Azərbaycan şiələri bu təqlid mərcələrinin müqəllidləridir və bu əməlinizlə öz xalqınıza hörmətsizlik edirsiniz? Siz o qədər bu "bilməməzlik"lərdən etmisiniz ki, indi tək qalmısınız və ölkədə xalq bir tərəfdə, hökumət də onun qarşısındakı sırada dayanıb".