Türkiyədəki inanclı insanlar Azərbaycandakı qadağalara və dindarların həbsinə etiraz edir
/Aran agentliyi
Türkiyədəki inanclı insanlar Azərbaycandakı qadağalara və dindarların həbsinə etiraz edir
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı hazırlıqlara başlanılıb. Belə ki, Türkiyədə fəaliyyət göstərən “Hicab məhbuslarına azadlıq” komitəsi tərəfindən planlaşdırılan aksiya bazar günü baş tutacaq.
May ayının 27-si aksiya iştirakçıları əvvəlcə “Lenevt” meteostansiyası qarşısında yerli vaxtla saat 15:00-da toplanacaq və buradan da Azərbaycan konsulluğuna yürüş edəcək. Aksiya iştirakçılarının əsas tələbləri “Hicab məhbuslarına azadlıq”, “dindarlara qarşı təzyiqlərə son” və s.dir.
Dindarlar aksiyada islam aləminin tanınmış şəxsiyyəti, Ayətullah Xameneyinin təhqir olunmasına da etiraz edəcəklərini bəyan edirlər.
Qeyd edək ki, konsulluq önünə qara çələng qoyulması və bəyanatın oxunması ilə aksiyanın başa çatdırılacağı xəbər verilir.