Tarix : 2012 May 26
Kod 30626

Şikayətim var

Qərbin qurbanıdır Azərbaycan
/Aran agentliyi

Ey, Xuda! Üzümü peğəmbərin hərəminə tutub özümdən Sənə şikayət edirəm. Çünki, Sənə tərəf baxa biləcək nə üzüm var , nə də cəsarətim. Xəcaltliyəm qarşında. Sənə layiq bəndə ola bilmirəm.

Əgər Sənə layiq bəndə olsaydım bu gün xalqı müsəlman olan ölkəmdə yağılar dinimi qılınclamazdılar. Şəhidlərimin qanı hələ də qurumayan torpaqlarımın üzərində avropa şeytanları əyləncə mərkəzi qurmazdılar. Ölkəmi Sənin buyurdğun kimi idarə edə biləcək bir rəhbərim olardı.

Azərbaycan müsəlman ölkəsidir, ancaq müsəlmana layiq olan qanunla deyil, İsrailin çirkin əmrləri ilə idarə olunur. Torpağının yarısını satıb , qalanını İsrailin oyuncaqına çevirən Əliyevlər tərəfindən idarə olunur.

Ölkənin yarı faizinin acınacaqlı bir halda yaşamasını nəzərə almayıb, özünü birinci xanım adlandırıb, çılpaq vücudunu fotosesiyalarda nümayiş etdirən , Mehriban Əliyeva 20 ildir qaçqın və köçkününə sahib çıxa bilmədikləri halda avropa qeylərinə qucaq açır və lazımı təminatlarına ürək dolusu söz verir.

Ölkədə təxribatın qarşısını almaq əvəzinə özü təxribatçı rolunu oynayan hökumət şayiələr yayaraq xalq arasında həyacana səbəb olacaq fikirlər yaradır. Beləki, qonşu müsəlman dövlətinin Azərbaycanla müharibə etmək istədiyini gündəmdə saxlayır. Məktəblərdə şagirdlər arasında terror olacaqı haqda qorxuducu təbliğlər aparırlar. Xalqın fikrini yalnış yerə yönəldərək Qərbin siyasətini ölkədə dalğalandırır.

Azərbaycan xalqı şəhidləri hesabına müstəqillik qazandı, amma azad yaşamaq əvəzinə ölkə üzərində qumar oynayanlara qul oldu. Milli mədəniyyətinə , dininə qadağalar qoyuldu.

Mədəniyyət bir cəmiyyətin varlıqını təşkil edir. Xalq özünü və mədəniyyətini tanımadığı halda müstəqil ola bilməz.

Əgər millət öz mədəniyyətindən azmış olsa su üzərində yelkənsiz qayığa bənzəyər. Külək hansı tərəfdən əsərsə o tərəfə çevrilər və sonunda da suda qərq olar.

Bütün bunların günahı özümüzdə deyilmi? Bu imkanları biz susmuş xalq yaratmırıqmı? Bizlər bu çirkabı təmizləməsək , gələcəyimizi düşünməsək kim edəcək bunları? Zəfər meydanını özümüz vermişik düşmənə və tənbəllik edib bütün bu olanları fikirləşmirik.

Ey, Xuda! Bütün bunlara dözüb dayandığım üçün özümdən Sənə şikayət edirəm. Xalqımdan səsimə səs ala bilmədiyim üçün və ağlar vətənimin göz yaşını silə bilmədiyim üçün şikayətçiyəm.

ZƏHRA /IslamTimes

  • Yazılıb
  • da (də) 2012 May 26