Ərdəbil ostanı ruhaniləri və tələbələri Biləsuvar sərhəd məntəqəsində aksiya keçirərək, Azərbaycan Respublikası xalqı və hökumətini Avroviziya mahnı müsabiqəsinin ləğvinə çağırıblar
/Aran agentliyi
Ərdəbil ostanı ruhaniləri və tələbələri Biləsuvar sərhəd məntəqəsində aksiya keçirərək, Azərbaycan Respublikası xalqı və hökumətini Avroviziya mahnı müsabiqəsinin ləğvinə çağırıblar.
Fars Xəbər Agentliyinin məlumatına görə, Ərdəbil ostanı ruhaniləri və təlbələrindən minlərlə nəfər cümə axşamı Biləsuvar sərhəd məntəqəsində yerli vaxtla saat 13-də Bakıda Avroviziya mahnı müsabiqəsinin keçiliməsinə etiraz olaraq, piket keçirib.
Aksiyanın iştirakında Ərdəbil ostanı ruhaniləri və tələbələri bir bəyanat yayaraq, Bakıda Avroviziya mahnı müsabiqəsi və Gay Paradın keçirilməsini tənqid edib və İran İslam Respublikası rəsmilərindən Azərbaycanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq, bu etirazı diplomatik səviyyətə onun diqqətinə çatdırmalarını istəyiblər.
Aksiya iştirakçıları bəyanatın sonunda Azərbaycan xalqı və hökumətini bu müsabiqənin ləğvinə çağırıblar.
Aksiyada "Azərbaycan şiəsi qəbul etməz zilləti" və "Azərbaycan dövləti qarət edib qeyrəti" şüarları səsləndiriblər.