Tarix : 2012 May 26
Kod 30629

Kiyevdə cümə xütbəsində Eurovisiondan danışıldı

Ukrayna paytaxtı dini icmasından HaqqYoluna daxil olan məlumata görə, ötən cümə günü Kiyevdə Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb
/Aran agentliyi

 

Ukrayna paytaxtı dini icmasından HaqqYoluna daxil olan məlumata görə, ötən cümə günü Kiyevdə Əhli-beyt Hüseyniyyəsində cümə namazı qılınıb. Xətib Elçin Ələkbərov xütbədə Azərbaycan Respublikasında keçirilən Eurovision haşiyəsində gey-parad mövzusuna toxunub. Xətib bildirib ki, Azərbaycam müsəlmanlarının bir neçə ay sürən mübarizəsi sayəsində rüsvayçı gey-parad tədbiri ləğv olunub. Hakimiyyət belə bir tədbirin nəzərdə tutulmadığını iddia etsə də tədbirə yaxın dairələrdən verilən məlumat əksini göstərirdi. Cümə namazı xütbəsində Eurovision tədbirinə əsasən homoseksualların toplanması və rejimin buna dəstək verməsi pislənilib. İstənilən bir halda gey-paradın ləğvi müsəlmanların qələbəsidir. Xətib Elçin Ələkbərov bu qələbə münasibəilə Azərbayvcan müsəlmanlarını təbrik edib. Xətib bu qələbədə böyük rolu olan din alimlərinə bütün müsəlmanlar adından təşəkkür bildirib.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 May 26