Rəsmi Bakının, külli miqdarda vəsait hesabına “Eurovision'' mahnı müsabiqəsinin keçirilməsi və hətta rüsvayçı “gay parad” üçün uğursuz tədarükün ...
/Aran agentliyi
Rəsmi Bakının, külli miqdarda vəsait hesabına “Eurovision" mahnı müsabiqəsinin keçirilməsi və hətta rüsvayçı “gay parad” üçün uğursuz tədarükün görülməsini qərblilərin diqqətinin Azərbaycan Respublikasına cəlb etməsi ilə əsaslandırdığı bir halda, qərbin bu diqqəti yenə də Azərbaycan Respublikasının zərərinə oldu.
Təbliğat sahəsində “Eurovision” mahnı müsabiqəsini işıqlandırmaq üçün Azərbaycan Respublikasına gələn qərb jurnalistlərinin əksəriyyəti Ermənistana habelə, Qarabağ və digər işğal olunmuş rayonlara baş çəkib, öz reportajlarında erməni tərəfin iddialarını Azərbaycan tərəfindən üstün tuturlar.
Qərbdə son vaxtlar yayılan reportajlardan Ayrish Times nəşriyyatının Şuşanın işğalı barəsindəki hesabatına işarə etmək olar. Bu reportaj bu şəhərin ermənilərə aid olduğunu habelə, qərbin himayəsində olan Qarabağ ermənilərinin “müstəqilliyi" üçün simvolik və strateji dəyərə malik olduğunu hesab edib.
Ayrish Times azərbaycanlıları Stepanakertdə qorxu yaratmaq və qan tökmək üçün Şamil Basayevin başçılığı ilə çeçen mübarizlərdən kömək almaqda ittiham edir və yerli ermənilərə istinadən iddia edir ki, azərbaycanlılar öz döyüş silahlarını Şuşa Ortodoks kilsəsində saxlayırmışlar!
Bu reportajda Ayrish Times ermənilərə istinadən azərbaycanlılar tərəfindən ermənilərin mənzil əşyalarının oğurlanması və azərbaycanlılara sığına bəzi ermənilərin öldürülməsi kimi iddiaları irəli sürüb.
Bundan öncə Azərbaycan Respublikası rəsmiləri və bu ölkənin qərbyönümlü mediaları iddia etmişdilər ki, “Eurovision” mahnı müsabiqəsini işıqlandırmaları üçün qərbli jurnalistlərin bu respublikadakı iştirakı faydalı olacaq və Azərbaycan Respublikasını dünyaya tanıtdıracaqlar. Lakin qərbli jurnalistlər Azərbaycan Respublikasını Qarabağ məsələsində təcavüzkar tərəf kimi dünyaya tanıtdırırlar.