Azərbaycan Respublikası polisi Bakıda etiraz aksiyasını dağıdaraq, 41 nəfəri həbs edib
/Aran agentliyi
Azərbaycan Respublikası polisi Bakıda etiraz aksiyasını dağıdaraq, 41 nəfəri həbs edib.
Dəyərlər internet saytının məlumatına əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyası dünən bəyanat yayaraq Sahil parkında keçirilən dinc aksiya iştirakçılarından 41 nəfərinin polis tərəfindən saxlanıldığını təsdiqləyib.
Ötən cümə axşamı da polis qüvvələri ölkədəki siyasi məhdudiyyətlərə etiraz edən azərbaycanlı gənclərin aksiyasını dağıdaraq 20 fəalı polis bölməsinə aparmışdılar.
Nümayişçilər ölkədə polis rejiminə son qoyulması, siyasi məhbusların azadlığını və dövlət medialarında senzuranın dayandırılmasını tələb edirlər.
Azərbaycan Respublikası hökuməti ilə müxalif olan partiyalar Bakıda Eurovision mahnı müsabiqəsinin keçirilməsi ilə eyni vaxtda aksiya keçirməklə xarici ölkələrdən gələn qonaqların diqqətini bu ölkə hökumətinin repressiya siyasətlərinə cəlb etməyə çalışırlar.
Müxalifət həmçinin hökuməti mahnı müsabiqələrindən öz repressiya hərəkətlərini pərdələmək üçün bir vasitə kimi faydalanmaqda suçlayır.
Səhər TV