/Aran agentliyi
Cəmil Hacıyev polis tərəfindən vəhşicəsinə döyülüb
Mayın 25-də Dənizkənarı Milli Parkda Xalq Gəzintisi zamanı saxlanılan müxalifət fəalları məhkəmə hökmü ilə həbs qərarı verilib. 15- dən artıq müxalifət fəalı müxtəlif məbləğlərdə cərimələnib və məhkəmə qərarı ilə xəbərdarlıq olunub. Bu barədə FaktXeber.com-a Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu məlumat verib.
Aksiya zamanı saxlanılan ADP fəalı Cəmil Hacıyev və AXCP fəalı Elçin Həsənov Səbail Rayon Polis İdarəsində fiziki zorakılığa məruz qalıblar. C. Hacıyev başından xəsarət alıb. C. Hacıyevin səhhəti pisləşdiyi üçün gecə saatlarında polis idarəsinə təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. C. Hacıyevin alnı şişib və paltarları cırılıb. Müsavat Gənclər Təşkilatının fəalı Ayxan Hacıbəyli Səbail Polis İdarəsinə aparılarkən avtobusda mülkü geyimli şəxslər tərəfindən döyülüb. A. Hacıbəyli də başından xəsarət alıb.
Barəsində həbs hökmü çıxarılanlar
1. Cəmil Hacıyev –6 sutka – ADP
2. Rövşən Nəsirli 5 sutka –bitərəf
3. Dəyanət Babayev 6 sutka – AXCP
Cərimələnənlər
Tofiq Yaqublu 20 manat - Müsavat Partiyası başqanının müavini
Elşən Agayev 20 manat –AXCP
3. Şahin Hacıyev 20 manat - AXCP
4.Ayxan Hacıbəyli 25 manat – Müsavat Partiyası
5. Səxavət Soltanlı – 25 manat Müsavat Partiyası başqanının müşaviri
6. Təzəxan Mirəlim 25 manat – AXCP
7. Səxavət Mehdiyev 25 manat –AXCP
8. Əbülfəz Qurbanlı – 25 manat – AXCP
HaqqYolu