İslamçı məhbuslardan AİP lideri, ruhani alim Fəramiz Abbasov və Rufulla Axundzadə ağır rejimli cəzaçəkmə müəssisələrinə köçürülüblər
/Aran agentliyi
Həbs edilən AİP funksionerləri cəzaçəkmə müəssisələrin köçürülüblər. Bu barədə FaktXeber.com-a islamçıların vəkili Anar Qasımlı məlumat verib. Vəkilin bildirdiyinə görə AİP lideri Mövsüm Səmədov 11, Rufulla Axundzadə 15, Vaqif Abdullayev və Dəyanət Səmədov 12, Fəramiz Abbasov 7, Firdovsi Məmmədrzayev isə 1 saylı cəzaçəkmə müəssisələrinə köçürülüb. İslamçı məhbuslardan AİP lideri, ruhani alim Fəramiz Abbasov və Rufulla Axundzadə ciddi rejimli cəzaçəkmə müəssisələrinə yerləşdirilib.
Xatırladaq ki, Eldar İsmayılovun hakimlik etdiyi Ağır Cinayətlərə dair Məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Fəramiz Abbasov 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunmuşdu.
HaqqYolu