Tarix : 2012 May 26
Kod 30640

Aclıq aksiyası sona çatdı

Aclıq aksiyası 12 gün davam edib
/Aran agentliyi

 

İctimai Palatanın Koordinasiya Şurasının xahişi ilə Müsavat Partiyasının qərargahında keçirilən aclıq aksiyası dayandırılıb.

Koordinasiya Şurasının aksiya iştirakçılarına ünvanladığı müraciətdə qeyd edilib ki, aclıq aksiyasının məqsədi Azərbaycanda insan haqlarının pozulmasına, həbsdə olan vicdan məhbuslarına beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi.

İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, aksiya iştirakçıları məqsədlərinə nail olub, beynəlxalq təşkilatlar və KİV aksiya iştirakçılarının tələblərini dünya ictimaiyyətinə çatdırıb. Koordinasiya Şurası eyni zamanda aclıq edən xanımların səhhətinin pisləşməsini nəzərə alaraq aksiyanın dayandırılmasını xahiş edib.

Qeyd edək ki, aclıq aksiyası 12 gün davam edib.

Musavat

  • Yazılıb
  • da (də) 2012 May 26