Tarix : 2012 May 26
Kod 30641

Azərbaycan R-da orqan alveri ilə məşğul olan İsrailli imiş

İsrail polisi insan orqanlarının beynəlxalq alverində və qeyri-qanuni transplantasiyalarda şübhəli bilinən 10 nəfəri həbs edib
/Aran agentliyi

İsrail polisi insan orqanlarının beynəlxalq alverində və qeyri-qanuni transplantasiyalarda şübhəli bilinən 10 nəfəri həbs edib.

Avropa Birliyinin Balkanlarda polis missiyası EULEX Azərbaycan və Kosovoda orqan alveri ilə məşğul olan şəxsin kimliyini müəyyənləşdirib.

 “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, İsraildə saxlanılan və 10 nəfərdən biri olan Moşe Xarel Türkiyə və postsovet ölkələri vətəndaşlarına böyrək donoru olmağı, əvəzində 20 min dollar ödəməyi təklif edib.

Əməliyyatlar Kosovo və Azərbaycan espublikası ərazisində aparılır, daha sonra əldə olunan orqanlar yüksək qiymətə satılırdı.Xatırladaq ki, mayın 22-də İsraildə qeyri-leqal insan orqanı ticarəti ilə məşğul olan 10 nəfər saxlanılmışdı. Onların arasında tibb işçiləri və keçmiş SSRİ-dən olan yeni mühacirlər də var.

Saxlanılanlar transplantasiya üçün orqanların axtarışı və satışı üzrə böyük beynəlxalq şəbəkənin üzvləridir.Cinayətkarlar donorları öz böyrəklərini və başqa orqanlarını 10 min dollara satmağa həvəsləndirirdilər, halbuki Qərb ölkələrində şəbəkənin müştərilərindən bunun üçün 100 min dollar alırdılar.

  • Yazılıb
  • da (də) 2012 May 26