Rəsmi Bakı həddən artıq vəsait xərclədiyi Avroviziya mahnı müsabiqəsi, hətta biabırçı gey parad tədarüklərinin boşa çıxmasını Qərbin diqqətini özünə cəlb etməyi bacardı
/Aran agentliyi
Rəsmi Bakı həddən artıq vəsait xərclədiyi Avroviziya mahnı müsabiqəsi, hətta biabırçı gey parad tədarüklərinin boşa çıxmasını Qərbin diqqətini özünə cəlb etməyi bacardı.
Azərbaycan Respublikasına Avroviziyanı dünyaya çatdırmaq məqsədilə gəlmiş Qərb medialarının əksər nümayəndələri işğal olunmuş torpaqlar, Dağlıq Qarabağ və Ermənistana də baş vurublar. Onlar da erməni tərəfin Azərbaycana üstünlüyünü iddia edən informasiyalar yayıblar.
Son zamanlar Qərbin yayımladığı xəbərlərdən biri də "Airesh Times" qəzetində dərc olunub. Belə ki, bu informasiya vasitəsi işğal olunmuş Şuşanı Ermənistana aid bir şəhər kimi elan və onu Ermənistanın müstəqilliyi üçün strateji və dəyərli bir simvol olduğunu hesab edir.
"Airesh Times" qəzeti Stepanakertdə camaatda qorxu yaradıb qan tökməkdə Şamil Basayevin başçılığı ilə çeçenlərin azərbaycanlılara kömək olmasını pisləyir və yerli ermənilərə istinadən iddia edir ki, onlar silah-sursatlarını Şuşa kilsəsində saxlayırlarmış
"Airesh Times" qəzeti azərilərə pənah aparan bəzi ermənilərin qətlə yetirilməsindən də söz açıb.
Xatırladaq ki, bundan əvvəl də Azərbaycan Respublikasının qərbyönümlü mediaları Qərb media nümayəndələrinin Azərbaycanda Avroviziya müsabiqəsini dünyaya çatdırmaq üçün bu ölkəyə gəlməsinin faydalı olduğunu iddia etmişdilər. Amma qərbli jurnalistlər Avroviziya barədə deyil, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Respublikasını təcavüzkar bir ölkə kimi dünyaya göstərdilər.