/Aran agentliyi
AzadXeber.az saytının baş redaktoru Nicat Əliyev həbs edildikdən sonra işgəncələrə mərzu qalıb. Bu barədə FaktXeber.com-a Nicat Əliyevin vəkili Anar Qasımlı məlumat verib. Vəkil qeyd edib ki, Nicat Əliyev Yasamal Rayon Polis İdarəsinə aparıldıqdan sonra idarədə polis əməkdaşları tərəfindən "profesionalcasına" döyülüb. “Nicat Əliyevə elə bir formada işgəncə veriblər ki, bədənində hər hansı bir iz qalmayıb. Onu hədələyiblər ki, nəyə görə baş redaktor olduğun saytda “gey”lərlə bağlı yazılar dərc etmisən. Hətta ona bildiriblər ki, yanına iki dənə gey gətirəcəyik, səni də özləri kim etsinlər. ”
Vəkil Anar Qasımlı sonra onu da bildirdi ki, Nicat Əliyevi cinayət maddələri ilə bağlı seçim qarşısında qoyublar: “Nicata bildiriblər ki, ya narkotik ittihamını boynuna alacaqsan, ya da ki, ondan da ağır maddələr boynuna qoyub 5 ildən çox səni həbsə atacağıq. Eyni halda əgər boynuna almasan belə, gedib evindən narkotik çıxardacağıq”
Qeyd edək ki, Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev mayın 20-də “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Killer” mağazasında bir qrup mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb.