Son zamanlarda Azərbaycan-İran münasibətlərinin xüsusilə gərginləşməsi naxçıvanlıların çox narahatlığına səbəb olub
/Aran agentliyi
Son zamanlarda Azərbaycan-İran münasibətlərinin xüsusilə gərginləşməsi naxçıvanlıların çox narahatlığına səbəb olub.
Naxçıvan ağsaqqalları tərəfin yayılmış və beynəlxalq SƏHƏR kanalına göndərilmiş məktubda oxuyuruq : “ Kimlər də bunu bilməsə, biz yaxşı bilirik ki, İranla dövlətimizin əlaqələri Naxçıvan Muxtar Respublikası üçün həyati əhəmiyyət daşımaqdadır. İstər iqtisadi baxımdan olsun, istərsə də siyasi, ölkələrimiz arasında əlaqələrin pozulmasından ilk əziyyət çəkənlər məhz biz naxçıvanlılar olacağıq.
Onsuz da uzun illərdir biz naxçıvanlılar blokada şəraitində yaşayırıq və bizim həyata açılan iki qapımız var – İran və Türkiyə. 20 ilə yaxındır Muxtar Respublikamızın əhalisi bu iki dövlətin hesabına öz varlığını qoruya bilib. Naxçıvanda böyükdən tutmuş, kiçiyə qədər hamıya məlumdur ki, İranın sayəsində evlərimiz qızınır, işıqlarımız yanır, maşınlarımız gedir, xəstələrimiz müalicə olunur. Azərbaycanla yeganə magistral yolumuz İrandan keçir. İran həm də minlərlə ailənin gündəlik alış-veriş yeridir. Ötən günlərdə İranla əlaqələrin pozulması nəticəsində qısa müddətdə yolların bağlanması Muxtar Respublika əhalisində ciddi həyəcan yaratdı. Rəsmi Bakı biz naxçıvanlıların taleyinə bu qədərmi biganədirmi? Şübhə yox ki, İran qapılarının bağlanmasından 20 ildir Naxçıvanı talayan, öz millətini kölə halında saxlayan, ruhunu sındıran diktator Vasif Talıbovlara zərrə qədər də zərər dəyməyəcək. Bütün bunlardan əziyyət çəkən sıravı xalq olacaq.”
Məktubda əlavə olunub : “ Hörməli Prezident! Rəsmi Bakının İrana qarşı elan olunmamış savaşı biz naxçıvanlılar üçün belə acınacaqlı sürprizlər vəd edir. Sizə müraciət edərək xahiş edirik ki, dövlətimiz adından İrana qarşı yeridilən bu düşmənçilik siyasətinə son qoyulsun, tez bir zamanda əlaqələr ulu öndərimiz mərhum Heydər Əliyevin zamanındakı kimi dostluq və qardaşlıq səviyyəsinə qaldırılsın. Sonda ulu öndərin 1992-ci ildə söylədiyi bir kəlamı yad etmək istərdik. Naxçıvan ictimaiyyətilə keçirdiyi bir görüşdə ulu öndər demişdir: “Türkiyə bizim qardaşımızdır, İran isə biz özümüz!”.
Cənab Prezident! Odur ki, özümüzlə əlaqələri yad təsirlərdən xilas edib, özümüzünkü edin. İranı bizə özgələşdirməyə çalışanların niyyətini ürəklərində qoyub, ulu öndərin yoluna sadiq qalın. “
Hörmətlə, Naxçıvan ağsaqqalları