Tarix : 2012 May 27
Kod 30667

Lobbiçilik üçün rüşvət

Qərb mediasında Azərbaycan Respublikasındakı vəziyyətlə əlaqədar təqidlərin artmasından az sonra rəsmi Bakı qərbin lobbi şirkətlərinə rüşvət verməyə başlayıb
/Aran agentliyi

Qərb mediasında Azərbaycan Respublikasındakı vəziyyətlə əlaqədar təqidlərin artmasından az sonra rəsmi Bakı qərbin lobbi şirkətlərinə rüşvət verməyə başlayıb.

“Berliner Morgenpost” qəzetinin xəbərinə görə, Azərbaycan Respublikası lobbi xidmətləri üçün Berlində fəaliyyət göstərən “Consultum Communications” şirkətinə sifariş verib.

Bu almaniyalı lobbi  şirkətin rəhbəri Hans-Erix Bilges deyib ki, onlar Azərbaycan üçün PR xidmətləri göstərmək üçün sifariş alıblar. Rəsmi Bakı ilə lobbiçilik xidmətləri barəsində kontrakt bağlayan almaniyalı lobbi şirkətinin direktoru iddia edib ki, Azərbaycan son beş ildə “demokratiya yolunda ehtiyatla irəliləyib”!

Lobbi firmasının rəhbəri Azərbaycan hakimiyyətini aylardır durmadan tənqid edən alman mediasını da qınayıb.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 May 27