Tarix : 2012 May 27
Kod 30670

Cinslərini dəyişmək istəyənlər Azərbaycana gəlsinlər

Çünki, ölkəmizdə bu əməliyyat çox ucuzdur
/Aran agentliyi

Çünki, ölkəmizdə bu əməliyyat çox ucuzdur.

Cinslərini dəyişmək istəyənlər Azərbaycana gəlsinlər Qafqazinfo saytına istinadən əldə etdiyimiz məlumata görə, ölkəmizdə 8 kişi cinsini dəyişdirib. Cinsi dəyişmənin qiyməti isə 5 min manata başa gəlir. Ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə, cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Bu sözləri “Gündəlik-teleqraf”a açıqlamasında estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə deyib. O, Azərbaycanda cinsini dəyişdirmək istəyən kişilərin qadınlardan çox olduğunu deyib: “Müraciət edənlər arasında dörd kişiyə bir qadın düşür. 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib. Cinslərini dəyişmək istəyənlər 22-30 yaş arası gənclər olur. İndiyədək müraciət edənlərin yalnız 9-u əməliyyat olunaraq cinsini dəyişib. Həmin şəxslərdən biri qadın, 8 nəfəri isə kişi olub. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi, ana kişiyə çevrilmiş qadın ata ola bilməz”.

  • Yazılıb
  • da (də) 2012 May 27