İstanbulda Azərbaycandakı müsəlmanlara edilən zülmlər, İslami müqəddəslərə olunan təhqirlərə yürüş və aksiya ilə etiraz edildi
/Aran agentliyi
İstanbulda Azərbaycandakı müsəlmanlara edilən zülmlər, İslami müqəddəslərə olunan təhqirlərə yürüş və aksiya ilə etiraz edildi.
"Azərbaycan Hicab Məhbusları ilə Həmrəylik Komitəsi" tərəfindən təşkil edilən etiraz aksiyası, Levent Metrosu qarşısından Azərbaycan konsulluğuna qədər edilən bir yürüşlə başladı.
HaqqYolunun Velfecr.com saytına istinadlı məlumatına görə, nümayişçilər təkbir gətirib və "Rəhbərə can fəda", "Sionist Əliyev hesab verəcək", "Məhv olsun Əliyev diktatorluğu", "Diktator Əliyev aşacaq", "Məhv olsun İsrail", "Məhv olsun Amerika", "Yaşasın hicab müqavimətimiz", "Səmədova salam, müqavimətə davam" şüarları səsləndirmişlər. Onlar ingliscə və ərəbcə yazılı plakatlar da qaldırmışlar.
Azərbaycan konsulluğunun İstanbul Valiliyinə və Təhlükəsizlik idarəsinə müraciət edərək, təşkil ediləcək nümayişin konsulluğun təhlükəsizliyini təhdid etdiyindən, nümayişçilərin konsulluğa yaxınlaşmalarının önlənməsini və ciddi təhlükəsizlik tədbirlərinin alınmasını istədiyi öyrənildi.
Azərbaycan konsulluğunun müraciəti nəticəsində çox sayda təhlükəsizlik məmuru konsulluğun olduğu küçənin girişində böyük bir barrikada quraraq, nümayişçilərin konsulluğun yaxınına yaxınlaşmasına icazə vermədi.
Fotolara buradan baxa bilərsiniz:
http://www.velfecr.com/istanbuldan-rehbere-can-feda-feryadlari-video-6569h-tr.html