/Aran agentliyi
Həqiqətən də Avroviziya sözün əsil mənasında şeytanın şər əməlidir. Dünən xəbərlərdə avroviziyadan verilən reportaja baxanda anladım ki, həqiqətən də şeytan öz vücudu ilə Bakıdadır. Xalqı bir yerə yığaraq dillərini belə başa düşə bilmədiyi əcaib geyimli, əcaib vəziyyətdə olan insanların oxuduğu mahnılara canla başla qulaq asmaları həqiqətən də insanı təəccübləndirir.
Görün xalqımızı, millətimizi, məxsusən də gənlərimizi necə manqurtlaşdırıblar, necə zonbiləşdiriblər ki, kor koranə halda hamı gedir dilini anlamadığı, eybəcər şəkildə mahnı oxuyan insanlara qulaq asırlar. Vallah adamın heyfi gəlir bu xalqa.
Vaxtilə Koroğlular, Nəbilər, Hacərlər, Şah İsmayıllar yetişdirən bu xalq, indi qoraxaq, öz haqqını tələb etməkdən çəkinən, kor koranə şəkildə kimlərinsə çaldığı havaya oynayan oğullar yetişdirir.
Bu xalq, bu millət bu cür deyildi. Allah bu milləti bu vəziyyətə qoyanların tezliklə bəlasını versin.
Görün xalqı nə qədər sındırıblar, nə qədər alçaldıblar ki, xalqı artıq insan yerinə də qoymurlar. Əsli-nəsli bilinməyən, fikirləri, məqsədləri dünyada əxlaqsızlığı təbliğ etmək olan bu insanlar sözün əsil mənasında şeytanın qullarıdırlar.
Bir neçə əxlaqsız gəlib Bakıda mahnı oxuyacaq deyə, milyonlarla pul xərcləyirlər, onsuzda pis vəziyyətdə olan insanların evini – eşiyini sökürlər. O qədər kasıb, evsiz-eşiksiz insan olduğu halda, işsizlikdən küçələrə düşən, oğurluqla məşğul olan, xarici ölkələrə üz tutan insanlar olduğu halda bizə yaraşarmı ki, boş və mənasız bir şey olan avroviziyaya bu qədər pul xərcləyəsən.
Bütün qurumlar – amnesty internationaldan tutmuş avropa birliyinə qədər, bütün dövlətlər Azərbaycanda insan haqlarının pozulduğunu dediyi halda, yalnız bizim hakimiyyət özünü pak və təmiz bilir. Xalqın qeydinə qaldığını iddia etdiyi halda, həqiqətdə xalqın əlində olan malını da əlindən alaraq onsuzda pis durumda olan milləti daha da pis vəziyyətə salır.
Özləri yağ-bal içində yaşadığı halda xalqı qar çörəyə də möhtac qoyurlar. Qeyrətsizləri iş başına keçirdikləri halda, xalqın qeyrətli, şücaətli, mərd oğullarını şərləyərək həbsə atırlar. Orduya, mənəviyyata pul xərcləmək əvəzinə boş, mənasız yerlərə xərcləyirlər.
Bugün İslamla açıq-aşkar müharibə edirlər. İnsanlığın düşməni olan sionistlərin dedikləri ilə oturb-duran məmurlarımız ağalarının əmri ilə Azərbaycanda İslama qarşı müharibəni başladıblar.
Sözdə danışanda özlərinin müsəlman olduğunu, ancaq əməllərində şeytanın diktəsi ilə hərəkət edən bu insanların məqsədi yalnız dəyərli xalqımızın qeyretini, namusunu əlindən alaraq onları İslamdan, mənəviyyatdan uzaqlaşdırmaq istəyirlər.
Bu gün İslam düşmənləri olan bu insanlar cavanların İslamdan xəbərsiz olduğundan istifadə edərək, onları aldadır, şeytanın yoluna dəvət edirlər və azdırırlar. İslamın gerilik olduğunu, qədim dövr üçün olduğunu, qızların soyunmasını, əxlaqsızlığı və bu cür hərəkətlərin müasirlik, inkişaf; namusunu, əxlaqını qoruyan, Allahın qoyduğu prinsiplərlə tərbiyə olunan şəxsləri isə geri qalmış adlandırırlar və öz şəhvətlərinə uyğun fikirlər söyləyib müsəlmanları dindən, imandan çəkindirirlər.
Təbii ki, bunun üçün müxtəlif şeytani yollardan istifadə edirlər. Ancaq mən əminəm ki, zalımların bu əməlləri sonda puça çıxacaq. Artıq ölkəmizdə İslami Oyanış başlayıb. Tezliklə bu oyanış bütün Azərbaycanı bürüyəcək. O zaman ölkədəki çaqqalların necə rüsvay olmuş halda qaçacaqlarının şahidi olacayıq. O zaman çox yaxındır.
RƏHİM/islamtimes