/Aran agentliyi
Bakının tam bir il müddətində Eurovision 2012 Müsabiqəsinin keçirilməsi üçün tam şəkildə təhlükəsizlik baxımından hazır vəziyyətdə olduğuna rəğmən, bir neçə günlük çal-çağırın Azərbaycan Respublikası üçün ziyan və cəfadan başqa bir xeyri olmadı.
İqtisadi və məişət baxımından Eurovision 2012 mahnı müsabiqəsinin nəhəng xərclərindən yaranan ziyanlar, öz təsirlərini xalqa göstərməkdədir və ölkədə bahalıq ikiqat artıbdır.
Ziyanlar və zərərlər Azərbaycan Respublikasının xarici əlaqələrində də əyani formada özünü göstərməkdədir. Hətta Rəsmi Bakının tam bir il müddətində onların müğənnilərinə xidmət etməklə məşğul olduğu Qərb ölkələri ilə münasibətlərində də problemlər yaranıb. Baxmayaraq ki , rəsmi Bakı bu xoşxidmətlikləri həyata keçirmək üçün Azərbaycan Respublikası xalqı ilə belə qarşı-qarşıya gəldi ki, qərbli müğənnilər və homoseksuallar narahat olmasınlar.
Hər nə idi, Eurovision 2012-də sona çatdı. Amma üzüqaralıq yenə də yalançılara qaldı. Rəsmi Bakı kəskin xalq etirazlarına habelə din alimləri və ruhanilərin xəbərdarlıqlarına görə Bakıda Qeylərin paradını keçirməkdən vaz keçməyə məcbur oldu. Amma yenə də bu işi yalançılıqlar və ümumi fikri aldatmaq cəhdi ilə həyata keçirdi. Geniş xalq etirazlarının Qey-Paradın keçirilməsinin qarşısını almasına rəğmən, Bakı rəsmiləri və mediaları guya elə əvvəldən də Bakıda Eurovision Müsabiqəsi ilə bir vaxtda Gay Paradın keçirilməsi kimi bir tədbirin nəzərdə tutulmadığını iddia etdilər. Halbuki, tamamilə aydındır ki, 50 ildən çoxdur ki, Avropa xalqları özlərinə məxsus olan bu müsabiqəni keçirirlər və hər il “Eurovision” ərəfəsində “ Qey-Parad” da təşkil edilir. Əgər Azərbaycan Respublikası xalqı Allah-Taalanın yardımı ilə bu rüsvayçılığın qarşısını alıbsa, yalançılıq, aldatma və dini müqəddəslərə hörmətsizlik etməklə bu xalqla savaşa getmək yox, bu xalqa Allah qüvvət versin deyib, onları təbrik etmək lazımdır.
Rəsmi Bakı elə əvvəldən Amerikada Homoseksualların Beynəlxalq Mərkəzi tərəfindən Bakıda qeylərin paradı mövzusunun ortaya atılması zaman bir rəsmi bildiriş yayıb, bu bayağı proqramla rəsmi formada müxalifət edə bilərdi. Beləliklə də Bakı rəsmilərinin inadkarlığı üzündən yaranan və hətta Azərbaycan Respublikasının xarici əlaqələrini də bürüyən böhranın qarşısını ala bilərdi.
Əgər Azərbaycan Respublikası rəsmiləri elə əvvəldən Bakıda homoseksualların paradı ilə müxalif idilərsə, nə üçün bu haqda iki cümləlik bir bildirişi yaymaqdan çəkindilər və bu haqda öz inadkarlıqlarını davam etdirdilər? Azərbaycan Respublikasının müsəlman xalqının pak hisslərini zədələməkdə hansı motivlərə malik idilər? Nə üçün Bakı rəsmiləri öz inadkarlıqları ilə gözlənilməzi ağır mənfi nəticələrə malik olan vəziyyət yaratdılar? Məgər Bakı rəsmiləri dərk etmirlər ki, Azərbaycan xalqı Bakıda homoseksualların paradının keçirilməsi kimi böyük rüsvayçılıq və həyasızlığa dözməyəcək və hətta bu mövzunun ortaya atılmasını belə öz ölkələri üçün qara bir ləkə hesab edir və gözləyir ki, Azərbaycan Respublikası dövləti onunla müxalifət etsin? Görəsən Bakı rəsmiləri öz inadkarlıqları ilə sonrakı sui-istifadələri üçün avantüra və acı hadisə yaratmaq ardınca olmayıblar? Azərbaycan Respublikası dövlətinin öz müxalifləri ilə qarşılaşmaq üçün ən çirkin vasitələrdən istifadə etdiyi və hətta özünün ən pak vətəndaşlarını, o cümlədən ruhaniləri və dindarlarını narkotik maddə daşımaq suçu ilə ittihamlandırdığı bir halda bu sualların ortaya atılması tam şəkildə məntiqlidir. Ekspertlərin nəzərincə hələ fürsət mövcuddur və “ Balığı hər zaman sudan tutsan təzədir” atalar sözünə əsasən Bakı rəsmiləri uşaqcasına inadkarlıq və özlərinin səhv qərarları və hörmətsizliklərini əsaslandırmaq yerinə məntiqli olmaq və Azərbaycan Respublikasının müsəlman xalqının pak və məhəbbətli qucağına pənah aparmaq habelə bu mehriban xalqın əqidələrinə hörmək etməklə addımladıqları səhv istiqamətdən geri dönə bilərlər. Çünki elə Eurovision 2012 zamanı da göstərdi ki, Bakı rəsmilərinin Qərbə xoşxidmətlik etmək üçün Azərbaycan Respublikasının xalqı və onların islami əqidələri ilə düşmənçiliyi Bakı rəsmiləri üçün heç bir səmərəsi olmayıb və olmayacaq da.
Səhər TV