Tarix : 2012 May 28
Kod 30692

Bakı ilə münasibətlərinin möhkəmləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur

Tehranın Azərbaycanla əlaqələrinin genişləndirməsi və möhkəmləndirməsi üçün heç bir məhdudiyyəti yoxdur
/Aran agentliyi

Xarici İşlər Nazirliyinin ölkənin şimal-qərb bölgələri üzrə nümayəndəliyinin rəsmisi: Tehranın Azərbaycanla əlaqələrinin genişləndirməsi və möhkəmləndirməsi üçün heç bir məhdudiyyəti yoxdur.

AranNews - Bazar günü Azərbaycanın Təbrizdəki konsulluğu tərəfindən bu ölkənin Respublika Günü bayramı münasibətilə təşkil edilmiş mərasimdə iştirak edən Rza Yəqubi əlavə edib: "Bu mövzu dəfələrlə İİR-nın yüksək rütbəli rəsmiləri tərəfindən təkid olunmuşdur və bu əsasla da Bakı ilə ikitərəfli əməkdaşlığı genişləndirmək Tehranın ən mühüm və ümdə məsələlərindən sayılır". O, İranın XİN-ninAzərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsini də ikitərəfli münasibətlərin genişləndirilməsi yönümünndə və məhdudiyyətlərin aradan qaldırılması proqramı çərçivəsində olduğunu bildirib. Yəqubi, iki ölkə xalqı arasındakı mədəni, dini və digər ortaqlıqlara işarə edərək bunu ikitərəfli əməkdaşlığın ən yaxşı şəkildə möhkəmlənməsi üçün bir fürsət adlandırıb.

Yəqubi, 1918 ci il 29 may Azərbaycan Xalq Cumhutiyyətinin yaranması günü münasibətilə öz təbrikini bildirdikdən sonra deyib: "İran, o zaman Bakıda nümayəndəlik açan ilk ölkə oldu". O, həmçinin 1991-ci ildə də İranın Bakıda səfirlik açan ilk ölkələr sırasında olmasına toxunaraq, bunu iki ölkənin bir-birinə yaxın olması əlaməti adlandırıb.

Rza Yəqubi İran-Azərbacan dərin və gözəl münasibətlərinin bəzi şeytanlıqların təsiri altına düşməyəcəyinə də işarə edərək deyib: "Təəssüflər olsun ki, yadların mediası tərəfindən dəstəklənən bəzi şeytanlıqlar bu münasibətləri korlamaq istəyirlər. Bu arada xalqın vəzifəsidir ki, meydana girsinlər və iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə çalışsınlar. Belə olduqda fitnəkarlar öz məqsədlərinə çatmayacaq".

  • Yazılıb
  • da (də) 2012 May 28