Rəsmi Moskva Dağlıq Qarabağ ilə bağlı status-kvonu saxlamaq istəyir - rusiyalı ekspert
/Aran agentliyi
Rəsmi Moskva Dağlıq Qarabağ ilə bağlı status-kvonu saxlamaq istəyir - rusiyalı ekspert
Moskva Karneqi Mərkəzinin Elmi Şurasının üzvü Aleksey Malaşenkonun sözlərinə görə, Azərbayacanın başlıca problemi yetərincə enerjiyə malik olan İrandır.
SalamNews-un «Qafqaz Online»-a istinadən verdiyi xəbərə görə, o bildirib ki, bunu başa düşmək olar, çünki onun ətrafındakı müsəlman ölkələrinin əksəriyyəti şiədir. Sakinlərin çoxu şiə olan Azərbaycan isə dünyəvi dövlət modelini seçib.
O deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişiklik gözləməyə ehtiyac yoxdur. Rəsmi Moskva orada status-kvonu saxlamaq istəyir. Bu, Azərbaycana və Gürcüstana sərf etməsə də status-kvo qalacaq. Regionun vahid olduğunu və ya burada üç müxtəlif maraqlara sahib dövlətin olmasını anlamaq lazımdır.
”Gürcüstan Rusiyanın rəqibi olub və olacaq. Ermənistan orada hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, strateji əməkdaşımızdır. Azərbayana gəldikdə isə, Rusiyanın strateji cəhətdən ehtiyac duymadığı Qəbələ RLS məsələsi ortaya çıxır. Ancaq, siyasi baxımdan stansiyanın Moskvanın idarəetməsi altında olması lazımdır”,- A.Malaşenko vurğulayıb.
SalamNews