Bryanskda killer Azərbaycan diasporunun başçısı Məhəmməd Əliyevi qətlə yetirib. O, 30 ildir Bryanskda yaşayırdı. Onun həyat yoldaşı və 4 övladı qalıb
/Aran agentliyi
Bryanskda killer Azərbaycan diasporunun başçısı Məhəmməd Əliyevi qətlə yetirib. O, 30 ildir Bryanskda yaşayırdı. Onun həyat yoldaşı və 4 övladı qalıb.
Onu şəhərdə həmçinin Yuriy adı ilə tanıyırdılar. M.Əliyevə daha öncə də sui-qəslər törədilib. Bir neçə il əvvəl ona atəş açıblar və Yuriy əlindən yaralanıb. Onu öldürmək üçün başqa cəhdlər də edilib. Lakin yalnız şənbə günü qatillər istəklərinə çatıblar.
Qətlin bir neçə şahidi olsa da, canini heç kim görməyib. Atəş açdıqdan sonra killer yaxınlıqdakı "Ford" avtomobilinə yaxınlaşıb və sürücünü tapança ilə hədələyərək, hadisə yerindən uzaqlaşıb. Sürücü Bryanskın hüquq mühafizə orqanlarına bildirib ki, qatil onu tələb etdiyi yerə aparmayacağı təqdirdə öldürəcəyini deyib. Yolda cani əvvəlcədən hazırlanan və onu gözləyən "Reno" taksi avtomobilinə əyləşib və gözdən itib.
Hazırda istintaq baş verən cinayətin müxtəlif versiyalarını nəzərdən keçirir.
HaqqYolu