Tarix : 2012 May 28
Kod 30696

Azərbaycanda Respublika Günüdür

28 may 1918-ci ildə ilk dəfə ''Azərbaycan Cümhuriyyəti'' adlı dövlət quruldu
/Aran agentliyi

 Rüsvayçı Gülüstan və Türkəmənçay müqavilələri əsasında İran ərazisindən qoparılmış yerlərdə qurulan dövlətin İstiqlaliyyət Bəyannaməsi və digər rəsmi dövlət sənədlərində rəsmi adı məhz "Azərbaycan Cümhuriyyəti" qoyulmuşdur.

İran dövləti isə bu adın qoyulmasaına ciddi etiraz etməmişdir. Baxmayaraq ki, Azərbaycan ərazisi əsasən İranın tərkibində yerləşirdi və keçmışdə Araz çayının şimalındakı İrandan qoparılmış ərazinin başqa adlarla adlanırdı.

28 may 1918-ci ildə qurulan bu qonşu dövlətin adı bəzi digər sənədlərdə "Azərbaycan Xalq Cümhuriyyəti" kimi də keçir. Amma nədənsə "Azərbaycan Cümhuriyyəti" yaxud "Azərbaycan Xalq Cümhuriyyəti" adı 1990-cı illərdən AZƏRBAYCAN CÜMHURİYYƏTİ deyil, Aərbaycan Demokratik Respublikası kimi hallandırıldı!! Bu isə açıq təhriflərdəndir ki, Azərbaycan Respublikası qurulan dövrdə bu diyarın tarixinə qarşı edilir.

28 may 1918-ci ildə qəbul edilmiş rəsmi sənəd yəni Azərbaycan Cümhuriyyətini elan edən Bəyannamə hələ arxivlərdə mövcuddur.

Amma təəssüflər olsun ki, milli əlifba dəyişikliyi xəyanəti səbəbindən xalq hətta öz tarixinin və tarixi rəsmi sənədlərinin də üzündən oxumaq imkanından məhrumdur.

Bu, əlbəttə üzücü haldır ki, xalq yaxın keçmişinin tarixini belə öyrənməkdə bu qədər çətinlik çəkirik.

Xalqı öz tarixi kökünə aid məlumatdan məhrum edənlər bu xalqın mədəniyyətinə qarşı suiqəsdlərində hələdə israrlı görünürlər.

  • Yazılıb
  • da (də) 2012 May 28