Tarix : 2012 May 28
Kod 30699

Azərbaycanı İslam dünyasından ayırmaq fitnəsi puça çıxdı

Azərbaycan Respublikasının anti-İslam düşüncə evinin ölkənin şiə xalqını İslam dünyasından ayırmaq məqsədilə atdığı addımlar nakam qaldı
/Aran agentliyi

Azərbaycan Respublikasının anti-İslam düşüncə evinin ölkənin şiə xalqını İslam dünyasından ayırmaq məqsədilə atdığı addımlar nakam qaldı.

Sionist rejimin müzakirələri, maddi və mənəvi dəstəyi ilə Azərbaycan nümayəndələri Almaniyada "Eurovision 2011" mahnı müsabiqəsində uğur qazandıqdan sonra 2012-ci ildə bu müsabiqəyə ev sahibliyi etmək icazəsi Bakıya verildi. Yaranan sual budur ki, nə üçün sionist rejimi bu əxlaqsız müsabiqəyə Bakının ev sahibliyi etməsi üçün iki ildir ki, mütəmadi olaraq ağır xərclər çəkir?!

Suala cavab vermək üçün gərək üç il öncəyə, müsəlman ölkələrinin Bakını İslamın Mədəniyyət Paytaxtı olması təklifi verməsinə qayıdaq. Amma İslamın bu iftixar nişanı Əliyev dövlətinin başçılarının və onun sionist ağalarının xoşuna gəlmədi. Ona görə də Azərbaycanın müsəlman xalqı ilə qarşılaşmaq üçün anti-İslam hərəkətlərinin həcminin genişlənməsini planlaşdırdılar. Məscidləri dağıtmaq, pasport üçün hicablı şəkilə icazə verməmək, ölkədən xaricdə dini təhsil alan tələbələrin dini təbliğinə yasaq, dini kitab və digər malların satışının qadağası, hicab qadağası, islamçıların şərlənərək həbs edilməsi və s. bu dövlətin son iki ildə İslam əleyhinə atdığı addımların bir hissəsidir. Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi və homoseksualların paradı Azərbaycan hökumətinin düşüncə evinin bu ölkədə dindarlığa vurulan son oxu olacaqdı. Onlar həqiqətdə tamamilə qərb mədəniyyətinə bağlı olan və ilk dəfə olaraq şərq ölkəsində keçirilən bu müsabiqə ilə Azərbaycanın müsəlman xalqını İslamdan ayrı salmaq istəyirdilər. 1828-ci ildə Azərbaycan ərazisi İrandan ayrıldı və indi də sionistlərin hərəkəti ilə 2012-ci ildə digər bir Türkmənçayla Azərbaycanın İran və İslam dünyası ilə dini və mədəni bağlılıqlarını qırmaq fikrində idilər. Lakin, Azərbaycanın qeyrətli xalqının, təqlid mərcələri və alimlərin ayıqlığı ilə sionistlərin bu xəbis fitnəsi Qafqazın şiə ölkəsində rüsvayçı məğlubiyyətə uğradı. Bu məğlubiyyət o qədər ağır idi ki, Azərbaycan dövləti Bakıda homoseksualların parad keçirə biləcəyini söz verməsinə baxmayaraq, aşkar şəkildə geri çəkildilər və bu paradı ləğv etdilər. Bununla da məscidlərin sökülməsinin qarşısını aldıqdan və azanın qadağasını aradan qaldırdıqdan sonra dindarlar üçün digər bir qələbə yazıldı.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 May 28