Bir təkid edirik ki, xalqı müsəlman və Əhli-Beyt(əs.)a tabe olan Azərbaycan Respublikası kimi bir ölkədə inşallah ilahi dəyərlər diqqət mərkəzində olacaq və xalqın ...
/Aran agentliyi
İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri Doktor Seyid Mahmud Hüseyni Azərbaycan Respublikası dövlətinin bu ölkənin müsəlman xalqının ilahi dəyərləri və etiqadları və inamlarına hörmət etməsini istədi.
Doktor Seyid Mahmud Hüseyni Tehranda Səhər Beynəlxalq Telekanalının müxbirinin sualına cavab olaraq deyib:” Bir təkid edirik ki, xalqı müsəlman və Əhli-Beyt(əs.)a tabe olan Azərbaycan Respublikası kimi bir ölkədə inşallah ilahi dəyərlər diqqət mərkəzində olacaq və xalqın etiqadları və inamlarına hörmət ediləcək. Bu dövlətlərin xeyrinədir ki, xalqlarının malik olduqları əsalətli və yüksək mənəvi etiqadlarını görməməzliyə vurmaq yerinə, onları qorusunlar”.
Doktor Hüseyni müqəddəslərə hörmətsizliyin qarşısının alınması üzrə Bakının rəftarının islah edilməsi haqdakı yollar barədə deyib:” Biz də iki ölkə arasında əlaqələrin genişləndirilməsinə təkid edirik. Azərbaycan Respublikası ilə müxtəlif proqramlara malik olmuşuq. İnşallah gələcəkdə də bu əməkdaşlıqlar elə bir nəticəyə çatsın ki, biz daha Azərbaycan Respublikasında müqəddəslərə hörmətsizliyin şahidi olmayaq”.