Tarix : 2012 May 29
Kod 30717

KİV-lərin sükut səbəbi nə?

İstanbulda izdihamlı aksiyanı Azərbaycan KİV-ləri niyə işıqlandırmadı?
/Aran agentliyi

 

Ötən günlərdə Türkiyədə Azərbaycanla bağlı iki etiraz aksiyası keçirildi. Bunlardan biri Ankarada İran səfirliyi qarşısında az sayda etirazçıların iştirakıyla Təbriz və Ərdəbildəki nümayişlərə cavab, digəri isə İstanbulda Azərbaycan konsulluğu qarşısında daha böyük izdihamla Əliyev rejiminə etiraz məqsədilə təşkil edilmişdi.

Xatırladaq ki, son bir ayda bir neçə dəfə Təbriz və Ərdəbildə Bakıda “gey-parad” keçirilməməsi tələbi ilə onminlərin izdihamı ilə möhtəşəm nümayiş və mitninqlər keçirildi. Bu etiraz aksiyaları da Azərbaycan Respublikası KİV-lərində yetərincə işıqlandırılmadı.

Bunun ardınca Ankarada rəsmi Bakının təşəbbüsü ilə İran səfirliyi qarşısında guya Təbriz və Ərdəbildə keçirilən aksiyalara cavab olaraq etiraz aksiyası keçirildi ki, “İran Azərbaycanın daxili işlərinə qarışmasın”. Aksiyaçılar Əliyev siyasətinə dəstək nümayiş etdirib, İrana qarşı kəskin şüarlar səsləndirdilər.

Ankarada az sayda etirazçının keçirdiyi bu aksiya Azərbaycan KİV-lərində kifayət qədər geniş işıqlandırıldı. Özü də həm də müxalifət mətbuatında.

Lakin bunun ardınca 27 may tarixində İstanbulda Azərbaycan konsulluğu qarşısında Ankaradakı aksiyadan daha izdihamlı və daha mütəşəkkil etiraz aksiyası keçirildi. Bu aksiya iştirakçılarının sayı Ankaradakından ən azı 2-3 dəfə çox idi. Həmin aksiya Əliyev rejiminə etiraz xarakteri daşıyırdı və burada Azərbaycandakı insan haqlarının, söz və fikir, din və vicdan azadlıqlarının pozulması halları pislənilirdi. Aksiyaçılar “Kahrolsun Aliyev dikatorluğu”, “Əqidə məhbuslarına azadlıq”, “Hicaba azadlıq” kimi şüarlar səsləndirir, Əliyev hakimiyyətinin diktatura siyasətinə son qoyulması tələb edilirdi.

Maraq doğuran budur ki, Ankaradakı aksiyadan fərqli olaraq, İstanbulda Əliyev rejiminə qarşı keçirilən bu izdihamlı aksiya Azərbaycan KİV-lərində, o cümlədən müxalifət mətbuatında ümumiyyətlə işıqlandırılmadı. Bu isə istər-istəməz belə bir sual yaradır ki,görəsən Azərbaycandakı müxalifət kimə müxalifdir, Əliyev rejiminə, yoxsa İrana? Nə üçün İran hakimiyyətinə qaqrşı keçirilən kiçik aksiya geniş işıqlandırılır, amma Azərbaycanın diktatura rejiminə qarşı keçirilən izdihamlı aksiya haqda bircə cümlə belə yazılmır? Əliyev rejiminə qarşı qardaş Türkiyədə keçirilən bu aksiyanın müxalifət KİV-lərində işıqlandırılması daha məntiqli olmazdımı?

Əlbəttə, bu sualı verərkən cavabı da bizə məlumdur. Amma hər halda, “azad mətbuat” və “Əliyev rejiminə müxalif” olduğunu iddia edən KİV-lər ən azından görüntü xatirinə YAP iqtidarına qarşı keçirilən aksiyaları da işıqlandırsaydılar, bu onların iddiasına uyğun olardı.

haqqyolu

Nadir Əhmədoğlu

 

 

  • Yazılıb
  • da (də) 2012 May 29