Tarix : 2012 May 29
Kod 30720

Mayın 30-u Abgül Süleymanovun məhkəməsidir

Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəməsi keçiriləcək
/Aran agentliyi

HaqqYolu - Sabah Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəməsi keçiriləcək.

Vəkillər Rüstəm Zülfüqarov və Mustafayev Natiq Milli Təhlükəsizlik Nazirliyində saxlanılan ruhani ilə görüşə bilməyiblər. Vəkil Rüstəm Zülfüqarov  bildirib ki, ilk hazırlıq iclasından sonra bir neçə dəfə MTN-ə müraciət etsək də, hələki heç bir cavab gəlməyib.

Məhkəmə sabah (30 may) saat 16-da açıq şəkildə keçiriləcək.

2011-ci ilin avqust ayında həbs olunan Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 234.4.3 (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır. (qurannet)

  • Yazılıb
  • da (də) 2012 May 29