Tarix : 2012 May 30
Kod 30734

Ey İlham Əliyev səni də cəlladların aqibəti gözləyir

Siz əvvəl axtarış aparın, görün hazırkı Ölkə Hakimi əslən hansı millətin nümayəndəsidir və hansı ideologiya ilə böyüyüb başa çatıb
/Aran agentliyi

Ey sadəliyi peşə bilib aldananlar. Siz əvvəl axtarış aparın, görün hazırkı Ölkə Hakimi əslən hansı millətin nümayəndəsidir və hansı ideologiya ilə böyüyüb başa çatıb.

“Hər bir ümmətə özünə layiq Hakim hakimlik edər” (Əhli beytdən (ə) hədis) “Hər bir qövm (xalq, millət) öz halını dəyişməzsə Allah da həmin qövmün halını dəyişməz” (Rəd Surəsi ayə 11) Bismillahir-Rəhmanir-Rəhim! Əuzu billahi minəş-şəytani ləini rəcim! Sizi və özümü ədalətli olmaqla haqqı müdafiə etməyə çağırmaq üçün Allah-Təalaya sığınır və onun pak Əhli-beyt (ə.s)-dan kömək istəyir və axirətdə də onların (ə.s)ların şəfaətindən binəsib olmamağı arzulayıram. Allah-Təala Adəm (ə.s) və varisləri olan bizləri yer üzünün xəlifəsi qərar verib. Bu nöqteyi nəzərcən sən də, mən də Allah-Təalanın yer üzündə xəlifəsi və azad düşüncə yiyəsi olmaqla mütləq Hakim olan Xudavəndi aləmin yer üzərindəki nümayəndələri Rəsulları vasitəsi ilə biz insan övladlarının nəyi etmək, nədən çəkinmək üçün məsul etməsi də, hamımıza məlumdur. Və bunu da bizə çatdırıblar ki, İslam Peyğəmbəri Rəsuli Əkrəmdən (s.ə.v.s) sonra onun pak Əhli-beyti başda Əli (ə.s) olmaqla 12 imam Allah-Təalanın yer üzərində yol göstərəni vilayət çırağıdırlar. Və buda dəqiq, səhih hədislərdən (istər sünnə istər şiə mənbələrində) bizə yerdəki naibləri vasitəsi ilə öhdəsinə düşən ilahi göstərişləri yerinə yetirilməsinə Rəhbərlik edəcək. Peyğəmbəri Əkrəm (s.ə.v.s) və pak Əhli-beytindən bizə çatan hədislərin digərlərində hər dövr və zamanın alim, ruhani, adil kəsləri bizim varislərimiz olmaqla yer üzündə Qaimin Naibi də bunların içərisində seçilməklə ümmətə Rəhbərlik edəcəklər, ta İmam Mehdi (ə.c əleyhi) zühur edərək yer üzündə zülmü aradan aparıb ədalətli hakimiyyəti bərpa edənə kimi. Və həmçinin buyurmuşlar ki, Sizə iki əmanət qoyub dünyanı tərk edəndən sonra bu iki əmanətdən Qurani-Kərim və pak Əhli-beytim olan 12 imamdan ayrılmayın. Nə onlardan irəli keçməyin nə də geri qalmayın… Beləliklə məlum olur ki, bu iki əmanətə xəyanət edənlərə özlərindən olan ən alçaq və xəbis birisini düçar edəcəkdir ki, hakimlik etsin. Mövzuya toxunmağımın əsas səbəbini açaıqlamağın vaxtıdır. 20 ildir ki, şimali İran ərazisi hal-hazırda Azərbaycan adlandırılan ölkəmiz güya müstəqillik qazanıb və ölkəyə özümüzdən olan hakimlik edir. Lakin, 2003-cü il hadisələrindən keçən 9 ildə tam aydın oldu ki, nə Xalq Cəbhəsi hakimiyəti, nə YAP təmsilçiləri rəhbəri Heydər Əliyev və nə də müəmmalı ölümündən sonra (çünki bu ölüm və torpağa tapşırılma açıqlıq aşkarlıq nöqteyi nəzərincən demək olar uzaq olmaqla tam məxfi olmuş, bu barədə Dünya və eləcə də ölkə mətbuatındakı yazılarda tam əksini tapmışdır) hakimiyyəti qəsb etmiş rejimin Qərb, xüsusi ilə İspan, İngilis, sionist, yəhudi mənşəli, Amerika və onun diqtəsi və maaliyəsi ilə müsəlmanlara qənim kəsilmiş sionist, İsrail qəsbkarlarının əl ağacı olan İlham Əliyev və iqtidarı Allah-Təalanın bizə təlim təyin etdiyi qanun qaydaları, hədd-hüdudu tanımamaqla 95% müsəlman olan Ölkədə “burda mənəm bağdadda kor xəlifə” zərbi məsəlini Rəhbər tutaraq son 25 ildə İrəvan, Qarabağ və digər Azərbaycan ərazilərindən didərgin salınanlarla ölkədəki məzlum quruma, əhaliyə daha artıq zülm edib çətinliklərə yuvarlamaqla mənəvi aşınmaya düçar etmədədir. Azərbaycanın ayrı-ayrı bölgələrindən əhali bir qarın çörək üçün Bakıya pənah gətirsələr də Neft və Qazdan əldə olunan gəliri oğurlayan hakimiyyət quldurlarının başında duranların tikintilərində, şirkətlərində bazar və dükanlarında ən çətin alçaldıcı işlərə sürüklənərək özləri üçün, icra başçılarına ödədikləri pul (rüşvə) hesabına bir miqdar torpaq alaraq zəruri yaşayışları üçün barak və ya kiçik evcik inşa etsələr də, neft oğrularının başında duran Rövnəq Abdullayev, Nəqliyyat sahəsindəki korrupsiya və vergilərin gizlədilməsində əldə olunan pul hesabına quldur dəstəsi “saxlayan” Ziya Məmmədov və Merlik etmək əvəzinə təlxəkliyi əsas məram, məqsədi bilən korrupsioner Hacıbala Abutalıbovun qulbeçələri və ya asayişi qorumağa məsul olan asayişi pozanların vəhşilikləri Ölkə başçısı tərəfindən verilən göstəriş nəticəsində məzlum təbəqənin ev-eşikləri əllərindən alınır, etiraz edənlərin evləri başlarına uçurulub, özləri də ağıla sığışmayan işgəncə və təqiblərə məruz qalırlar. Kür ətrafı Rayon, kənd, qəsəbələrin seldən ev eşiklərini itirənlərə ayrılmış dövlət yardımı Kəmaləddin Heydərov tərəfindən oğurlanır. Etiraz edənləri isə Daxili Qoşun qüvvələri ilə qorxudub susdurmağa təşəbbüs göstərilir. Qorxmayanları döyüb əsir edir, başbilənləri isə həbs etdirir Ölkə başçısı. Rayon, Şəhər, kənd icra nümayəndələrinin korrupsiya və rüşvə ilə əldə etdiklərindən yuxarılara “vergi” ödəməsi hesabına alçaq işlərini davam etdirməklə əhaliyə göz dağı çəkdirilməsi bir yana, hətta təhqir edilmələri və bu hallara etiraz edən ictimaiyyətin, əhalinin bu sayaq işlərə etirazlaraına (Quba, Sabirabad, Gəncə, Masallı, Lənkəran hadisələri) son qoymaq məqsədi ilə onlarla etirazçı mitinq iştirakçılarının həbsi. Bu və digər vəhşilikləri işıqlandıran mətbuat işçiləri, müxbir və jurnalistləri şərləyərək həbs etdirilmələri və ən əsası isə son dörd ildə Dinə, İslama qarşı İslamafobiya siyasətinə yox deyən İslam Partiyası Rəhbəri doktor Hacı Möhsüm Səmədov və digər 6 mömin mütədəyyin dindar şəxslərin şərlənərək yalan, böhtan, iftira ittihamlarla 12,11,10 il həbs qəti imkan tədbiri seçilməsi. 2011-ci ilin aprelində həbs edilən vicdan məhbusları, May ayında “hicaba qadağaya və İslam Partiyası Rəhbərlərinin həbsinə etiraz” mitinqinin 16 iştirakçısının həbsi, Abgül Süleymanov, Ramin Bayramov və digər dindarların həbsi və i-a. ır. Həm ölkəmizdə həm də Beynəlxalq aləmdə insan hüquq və azadlıqları təşkilatlarında və eləcə də Beynəlxalq mətbuatda işıqlandırılaraq iqtidara kəskin etirazları demək olar hər ay, hər gün gündəmdədir. Mənim fikrimcə bu dediklərimə intihar və intihara məcbur edilmə, cinayətkarlığın Dövlət Başçısına yaxın yuxarıların “himayə”si ilə baş verməsi və daha da genişlənməsi, şikayətçilərə hədə-qorxu, yazarlara iftira şərr atılması, hüquq müdafiəçiləri ilə bahəm qeyri-hökümət təşkilatlarına qarşı “qara” piar təhqir, təqib kompaniyası, kənd təsərrüfatının acınacaqlı vəziyyətinin “güya bu vacib sahəyə pul ayrılaraq inkişafı” əksinə rüşvət, korrupsiya, büdcə talanması, neft və qazdan gələn gəlirin əksər hissəsinin xarici banklarda gizlədilərək oğurlanması, dəniz və meşə ilə birlikdə Gömrük sisteminin inhisara məhkum olması, açıq-saçıqlıq, fəhişəlik, lütləşmə, narkomaniyanın tüğyançı fəlakəti və Qarabağ,ən ümdəsi Xocalı kimi soyqırıma, vəhşiliyə düçar olmuş xalqın, millətin acığına “eurovision” mütrif yığıncağında dəvət almış homoseksualistlər Ölkəni Abbasi xəlifələri zamanı formasında, yəni feodal üsul idarəçiliyindən başqa bir adı yox. Daha nə qaldı?... Ölkə Başçısı 16 aprel 2012-ci il tarixdə 2012-ci ilin 1-ci rubunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək Ölkə daxilində, eləcə də Beynəlxalq aləmdən gələn irad, kəskin tənqidi münasibətlərə özünə xas cavabını da bu iclasda bildirməklə; “Gedin işinizlə məşğul olun, arxamda bu Ölkə Xalqının durmasına ehtiyacım yox. Əlimdə cəmlədiyim maddiyat və eləcə də sinoist İsrail qoruyacaq məni və quldur dəstəmi. Bir də Amerikadakı ingilis xislətli siyasətçilərlə iqtidarı, bəzi qərb ölkələrinin müsəlman qanına susamış cəllad başçıları müdafiə edəcəkləri, arxa olacaqları mənə bəsdir.” “Çax-çaxana baş aparar dəyirman öz işini görər…” Ey İlham Əliyev! Səddam Hüseyn, Qəzzafi, Hüsnü Mübarək də yuxarıda adların çəkdiyim Ölkələrin cəllad istismarçı rejimlərini arxa bilirdilər. Axırı nə oldu ? Əgər dinə, imana gəlməsəniz Sizləri də eyni aqibət gözləyir… Məni ən çox Ölkə Başçısının aşağıda qeyd edəcəyim cümləni söyləməsi daha artıq heyrətləndirdi. Belə ki, Ölkə Başçısı İlham Əliyev çıxışında deyir;- “Bəzi ölkələrdə islamafobiya meyilləri güclənib, islamafobiya gücləndikcə müsəlman Ölkələrinə münasibət də mənfiyə doğru gedir.”…Bu lap ağ oldu. Nə qədər məkr, hiylə, riyakarlıq. Bəzi sadəlöhv insanlar elə başa düşər ki, Ölkə Başçısının Ölkədəki islamafobiyanın genişlənməsi, islamçılara (özü də Peyğəmbər (s.ə.v.s)-ın pak Əhli-beyti (ə.s)-ların yolunu tutanlara) edilən həqarət, təqib, həbs, islami ideologiyanı addımbaşı boğmağa yönələn siyasət, hərəkət, istər Prezident Aparatında nəxşə çəkilən plan üzrə hazırlanan qərarlar, istər ictimaiyyətin gözü qabağında islam atributlarına yönəlik mənfi münasibət, istərsə məscidlərdəki cəsus xislətli işlər, istərsə Milli Məclisin xalqa deyil İlhama qulluq edənlərin çıxartdıqları xəcalət gətirən qərarları və istərsə Dini İşlər İdarəsinin özündən müşdəbeh, erməni xislət Sumbat bacı oğlusu Hidayət Orucovun siyasi qərarları islamafobiya məqsəd, məramalarından xəbəri yoxdur başçının?... Görəsən Tasua, Aşura və ümumilikcə Məhərrəmlikdə əzadarlığa qoyulan maneələr və bu mərasimlərdə çıxış edən (moizə) natiqlərin lentə alınıb yaddaşda saxlanılmaqla sonradan ciblərinə narkotik, evlərinə həyətlərinə silah qoymaqla şərlənib həbs olunmaları islamafobiya deyilmi?... Və ya Mədrəsə (Ali dini məktəb) və dini təmayüllü məktəblərin qapısına vurulan kilid ardınca lütləşmə, narkotik satışı, şərabçılıq təbliği islamafobiya deyil bəs nədir? İslam Peyğəmbəri (s.ə.v.s) və pak Əhli-beyti (ə.s)-larının təvəllüdü və vəfat mərasimləri nə ki, dövlət səviyyəsində keçirilmir, hətta dindar topluma da belə mərasimlərin kütləvi keçirilməsinə maneə, saray və ya mədəniyyət mərkəzlərində qeyd olunmasına qadağa qoyularaq, əvəzinə Aygün, Brilliant, Faiq kimi mütriflərin, üzdəniraqların bayağı, iyrənc hərəkətləri ilə birlikdə təhqiramiz, biabırçı ulamalarına şərait yaratmaq, hətta xaricdən gətirilən Şakira, Lopes kimi soyunub lütləşən üzdəniraqlara yaradılan şərait və milyonlarla pul ödənişi islomofobiya deyil? Bunu nə adlandıraq? Ey sadəliyi peşə bilib aldananlar. Siz əvvəl axtarış aparın, görün hazırkı Ölkə Hakimi əslən hansı millətin nümayəndəsidir və hansı ideologiya ilə böyüyüb başa çatıb. Aliqarx Nazirlər və İcra Başçıları da həmçinin. Sonra baxın görün hakimiyyətə nə yolla gəliblər? Və eləcə də arxalarını hara, kimə söykəyiblər? Və baxın görün bu iqtidarın, sionist Yəhudi, alçaq xain erməni və eləcə də ingilis xislətli siyasəti ilə nə kimi fərqi var ? İngilis siyasətinin nəticəsi olaraq Cənubi İranın 1910-cu illər ərəfəsində Azəri Sərdarı Səttərxanı, Talışı Mirzə küçük Xanı, Yəhudu Aqşin və erməni Sumbatın hiylə və müsəlman qanına susamış siyasətləri nəticəsində Babəkin (Həsən Abdulla oğlu Talış sərkərdəsi) şəhadət tarixçələrini yaxşı öyrənin və yadda saxlayın. Bax Yəzid İbn Müaviyə (Allah-Təala hər ikisinə və davamçılarına lənət eləsin) Abbası xəlifələri Harun ər Rəşid, Məmun, Mötəsim İraqda Səddam, Liviyada Qəddafi və digərlərinin Yəhudi və eləcə də Amerika bəzi qərb ölkə başçılarının göstəriş və tapşırıqlarını Rəhbər tutan və onlara arxalananların aqibətinə və bu hakimiyyətin də aqibətini gözləyin, mən də gözləmədəyəm... Sonda istərdim ən əsas məsələyə toxunam. Ölkə Başçısı görəsən islamafobiya aparanları dedikdə kimləri nəzərdə tutur və bununla kimlərə hiylə gəlmək istəyir? Mənim fikrimcə bu sayaq çıxışla Qərbin haqq ədalət toplumuna iftira deməklə, məkr hiylə ilə İslami Müsəlman Ölkələrindən dayaq istəməkdədir. Lakin birşeyi yaddan çıxarır ki, nə ki, Allah-Təalanı heç onun yer üzündəki mömin Allah dəstəsini də azdıra bilməz. Vəssəlam.

 HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 May 30