Tarix : 2012 May 30
Kod 30735

Qarabağı ala bilmirsiz, silah verin biz alaq'' deməyim hakimiyyətin xətrinə dəyib

Abgül Süleymanov: ''Bunlar elə billirlər ki, bizi həbs etməklə müsəlmanların gözlərini qorxudacaqlar''
/Aran agentliyi

Abgül Süleymanov: "Bunlar elə billirlər ki, bizi həbs etməklə müsəlmanların gözlərini qorxudacaqlar. Lakin onlar istəyən kimi olmadı. Möminlərin həbsi digərlərinin də daha şücaətli olmasına şərait yaratdı"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani alim Abgül Süleymanovun növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə hakim Mail Bayramovun sədrliyi ilə keçirilib. Məhkəmə prosesində ilkin olaraq Abgül Süleymanova qarşı irəli sürülən ittiham elan olunub. FaktXeber.com-un verdiyi məlumata görə, Abgül Süleymanovun hüquqları 3 vəkil, Natiq Mustafayev, Rüstəm Zülfüqarov və Anar Qasımlı tərəfindən müdafiə edilirdi. İlkin olaraq çıxış edən vəkil Natiq Mustafayev, Abgül Süleymanovla görüşə bilmədikləri bildirdi: “May ayının 14-dən etibarən əlimizdə görüşlə bağlı rəsmi qərar olmasına baxmayaraq, MTN bu günə qədər görüşə icazə verməyib Bu həm bizim, həm də Abgül Süleymanovun hüquqlarının pozulması deməkdir. Vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslə görüşmədən, məhkəmədə onu necə müdafiə edə bilərlər. Biz lazım olan məlumatları Abgül Süleymanovdan öyrənmədən, onun məhkəmədə hüquqlarını müdafiə etməyimiz mümkün deyil. Ona görə də məhkəmədən xahişimiz budur ki, Abgül Süleymanov görüşməyimizi təmin eləsin.”

Sonra vəsatətlə çıxış edən vəkil Anar Qasımlı, bu günə qədər Abgül Süleymanovun istintaq işinin MTN tərəfindən aparılmasının qeyri qanuni olduğunu bildirdi: “MTN Abgül Süleymanovla bağlı istintaq aparması qeyri-qanuni olması ilə yanaşı, onun MTN təcridxanasında saxlanması qanunvericiliklə yol verilməzdir. Çünki Abgül Süleymanov bundan sonra məhkəmədə ifadələr verəcək. Təbii ki, MTN tərəfindən ifadələri ilə bağlı ona qarşı müxtəlif təzyiqlər ola bilər. Bu da istintaqda olduğu kimi, məhkəmə prosesini də obyektiv aparılmasını sual altına salacaq. Ona görə də Abgül Süleymanovun MTN-dən Bakı İstintaq Təcridxanasına köçürülməsi barəsində göstəriş vermənizi xahiş edirik.”

Vəkillər sonra vəsatəti yazılı formada məhkəməyə təqdim etdilər. Vəsatətlə bağlı çıxış edən dövlət ittihamçısı Tural Yusifov, MTN-də vəkillərlə ittiham edilən şəxsin görüşünə şərait yaradılmamasının düzgün olmadığını bildirdi. Lakin dövlət ittihamçısı Abgül Süleymanovun MTN təcridxanasından digər təcridxanalara köçürülməsi ilə bağlı verilən vəsatətin əleyhinə olduğunu söylədi.

Bundan sonra məhkəmə müşavirəyə yollandı.

Müşavizə zamanı məhkəmə iştirakçıları ilə söhbət edən Abgül Süleymanov maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, hakimiyyətin milyon dollarla xərc çəkdiyi "Eurovision" mahnı müsabiqəsi Avropa Parlamentinin qətnaməsi ilə lənətə gəldi: “Qərb 2006-ci ildə hakimiyyətə bildirdi ki, sizdə demokratiya yoxdur. Ona görə ki, əhalinizin 85%-i müsəlmandır. Hakimiyyət o, gündən söz verib ki, islami dəyərləri aradan aparmaq üçün əlindən gələni edəcək. İlkin olaraq iki məscid sökdü. Lakin müsəlmanların etirazlarını gördükdən sonra, məcbur olub geri çəkildi. Bundan sonra hicab məsələsini ortalığa atdı. Sonra dindarlara qarşı şər-böhtan kampaniyasına start verdi. Onun nəticəsidir ki, 70-dən çox dindar qondarma ittihamlarla həbsə atılıb. Möminlərə uzağı bir neçə il maksimum 15 il iş verərərək həbsxanalara basdıracaqlar. Biz həmin haqsız cəzanı yatıb çıxacağıq. Amma biz ruhanilərin basdırdığı insanlar çölə çıxa bilmirlər. İndiyə qədər görünüb ki, hər hansı bir ruhaninin basdırdığı insan qayıtsın.”

Abgül Süleymanov onu da qeyd etdi ki, çıxışlarım zamanı “Qarabağı ala bilmirsiz silah verin gedək biz alaq” deməsi hakimiyyətin xətrinə dəyib.

“Bunlar elə billirlər ki, bizi həbs etməklə müsəlmanların gözlərini qorxudacaqlar. Lakin onlar istəyən kimi olmadı. Möminlərin həbsi digərlərinin də daha şücaətli olmasına şərait yaratdı.”

Müşavirədən qayıdan hakim Mail Bayramov təqdim edilən vəsatətlə bağlı gələn məhkəmə prosesində qərar veriləcəyini bildirdi. Eyni halda hakim gələn məhkəmə prosesinə qədər Abgül Süleymanovla vəkillərin görüşməsinə şərait yaradılmasına dair göstəriş verdi.

Növbəti məhkəmə iclası iyun ayının 8-i saat 15:30-a təyin olunub.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 May 30