Tarix : 2012 May 30
Kod 30737

Rəsmi Bakı Tehrandakı səfirini məsləhətləşmə üçün çağırdı

Azərbaycan Respublikası hökumət mənbələri bildiriblər ki, rəsmi Bakı Tehrandakı səfirini məsləhətləşmə üçün çağırıb
/Aran agentliyi

Azərbaycan Respublikası hökumət mənbələri bildiriblər ki, rəsmi Bakı Tehrandakı səfirini məsləhətləşmə üçün çağırıb.

APA İnformasiya Agentliyi Azərbaycan Respublikası Səfirliyinə istinadən bu məlumatı verib.

Bu xəbərdə rəsmi Bakının Tehrandakı səfiri ilə hansı məsələlər haqda məsləhətləşmə aparacağı haqda açıqlama verilməyib.

Bundan öncə İran İslam Respublikası hökuməti İranın Bakıdakı səfirliyi qarşısında hakimiyyətə bağlı amilləri tərəfindən islam müqəddəslərinə hörmətsizliyin edilməsinə etiraz olaraq öz səfirini Tehrana geri çağırmışdı.

Bakıda gey paradın keçirilməsinə tədarükün görülməsinə qarşı xalqın və din alimlərinin geniş tənqidlərinin ardınca, rəsmi Bakı bu proqramı ləğv etməyə məcbur oldu. Lakin, Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən koordinasiya edilmiş amillər İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirərək, islam müqəddəslərinə hörmətsizlik etdilər.

  • Yazılıb
  • da (də) 2012 May 30