Tarix : 2012 May 30
Kod 30738

Azərbaycan təcrid olmuşlar alyansına daxil olur

Rusiya İslam Komitəsinin sədri Heydər Camal xəbərdarlıq edib ki, rəsmi Bakı sionist İsrail rejiminə bel bağlamaqla Azərbaycan Respublikasını təcrid olmuşlar alyansına daxil edir
/Aran agentliyi

Rusiya İslam Komitəsinin sədri Heydər Camal xəbərdarlıq edib ki, rəsmi Bakı sionist İsrail rejiminə bel bağlamaqla Azərbaycan Respublikasını təcrid olmuşlar alyansına daxil edir.

Heydər Camalın qənaətinə görə, İsrailə bel bağlamaq uzaqgörənlik deyil, amma bu səbəbdən bu gün Azərbaycan üçün əsas problem İranla pis və Türkiyə ilə korlanan münasibətlərdir.

Heydər Camal deyib: Bakı anlamalıdır ki, Mason qərblə oyunlarda güc və vaxt itirir. Zira onlar üçün Azərbaycan ciddi əhəmiyyət daşımır. Belə qərb meylli hərəkətlər Azərbaycanın İran və Türkiyə ilə münasibətlərini korlayır. Demək lazımdır ki, İsrailin “eşşəyi” artıq ölüb. Ömrünün sonuna sayılı günlər qalıb, bu rejimin taleyi yaxın zamanlarda həll olunacaq. Bir neçə ildən sonra İsrail mövzu olaraq bağlanacaq. Bu baxımdan İsrailə bel bağlamaq heç də uzaqgörənlik sayıla bilməz. Buna görə də bu gün Avropa öz siyasi kursunda dəyişiklik aparır, İsraili bir nömrəlilər siyahısından çıxarır.

Heydər Camal sonra deyib: İran bu gün bütün istiqamətlərdə qalib gəlib və onunla münasibətləri korlamaq, müsəlmanları sıxışdırmaq, İslam Partiyasına təzyiq göstərmək məqsədə uyğun deyil. Bütün bunlar qərb masonlarının xoşuna gəlmək üçün edilir, amma onlar bunu qiymətləndirməyəcəklər.

Azərbaycan qonşu dövlətlərlə nə qədər çox qarşıdurmaya getsə də, qərb ölkələri ilə ümumi dil tapmayacaq, və İsrailin ətəyindən yapışacaq. O da guya ki, Azərbaycana dost əlini uzatmağa həmişə hazırdır. Bu, rəsmi Təl-Əvivə çox vacibdir, çünki İsrail özü təcrid vəziyyətdədir. Nəticədə çox pis hal alınır, hər şeydən məhrum olanların alyansı və bura təcrid olanlar daxil olur. Əvvəllər belələri Şimali Koreya, Səddam Hüseyn və digərləri idi. Hazırda ikinci belə klub yaradılır.

 

  • Yazılıb
  • da (də) 2012 May 30